Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü

post-img

İyulun 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli, daha sonra isə Rusiya xarici işlər naziri və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə üçtərəfli görüşlər keçirib. 

Xarici İşlər Nazirliyinin Mətbuat xid­məti idarəsindən verilən məlumata görə, görüşlərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub.

Nazir Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən regionda sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində atılan addımlar əleyhinə Ermənistan tərəfindən törədilən hədə və qeyri-qanuni fəaliyyətlər, habelə təyyarələrin uçuşuna törədilən maneələr də daxil olmaqla, hərbi təxribatlar barə­də ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb. Ceyhun Bayramov bölgədə hu­manitar vəziyyətə dair səsləndirilən iddi­aların tamamilə əsassız olmaqla yanaşı, bunların siyasi manipulyasiya olduğunu vurğulayıb. 

2020-ci il 10 noyabr tarixli üçtərəf­li Bəyanatda təsbit olunmuş öhdəliklərə zidd olaraq, Ermənistan tərəfindən Laçın yolundan hərbi məqsədlər, habelə Azər­baycanın təbii sərvətlərinin qanunsuz da­şınması üçün sui-istifadə hallarına qarşı tədbirlərin Azərbaycanın suveren hüququ olduğu bildirilib. Bu məqsədlə, eyni za­manda, Azərbaycan tərəfindən Laçın dövlət sərhədindən buraxılış məntəqəsi­nin təsis edilməsinin zəruri tədbir olduğu diqqətə çatdırılıb. 

Nazir sərhəd-buraxılış məntəqəsinin yaradılmasından bəri erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və ni­zamlanan keçidi üçün şəraitin yaradılma­sına baxmayaraq, Ermənistan tərəfindən iyunun 15-də keçid məntəqəsinə qarşı törədilmiş təxribatın erməni sakinlərin ke­çidinə maneçilik törətdiyini bildirib. Hazır­da Azərbaycan tərəfindən erməni sakinlə­rin tibbi məqsədlər üçün keçidinin təmin olunduğu diqqətə çatdırılıb.

Azərbaycan tərəfinin erməni sakinlə­rin ehtiyaclarının qarşılanması üçün “Ağ­dam-Xankəndi” yolundan və digər alter­nativ yollardan istifadə daxil olmaqla bir sıra təkliflər irəli sürülməsinə baxmaya­raq, erməni tərəfinin bütün təkliflərə qarşı çıxması onların məkrli niyyətlərini və hu­manitar vəziyyət barədə iddiaların siyasi şantaj olduğunu göstərdiyi qeyd olunub. 

Azərbaycanın öz suveren ərazilərində yaşayan ermənilərin reinteqrasiyası təd­birlərinə müdaxilə cəhdlərinə son qoyul­ması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün sözdə və əməldə Ermə­nistan tərəfindən qeyd-şərtsiz təsdiqlən­məsinin, eləcə də öhdəliklərə zidd olaraq hələ də tam olaraq Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasının bölgədə sülhün təmin edilməsi üçün ən zəruri şərt­lər olduğu nazir Ceyhun Bayramov tərə­findən vurğulanıb.

“Xalq qəzeti”

Siyasət