Hikmət Hacıyev Mirzoyanı ifşa etdi

post-img

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yalan paylaşımını ifşa edib.

Ararat Mirzoyan “Twitter” hesabında “Qarabağdakı humanitar vəziyyət” səbə­bilə vəfat etdiyi iddia etdiyi azyaşlıların fotosunu paylaşıb. Hikmət Hacıyev cava­bında Ermənistanın faktları yoxlamadan rəsmi səviyyədə yalan və dezinformasiya yaydığını bildirib:

“Ermənistanın xarici işlər naziri rəsmi səviyyədə yalan və dezinformasiya ya­yanda faktların yoxlanılmasına və miflərin ifşasına ehtiyac var. Yerli polis valideyn­lərinin nəzarətsizliyi səbəbilə iki azyaşlı­nın səhlənkarlıq və avtomobildəki yüksək temperatur nəticəsində yuxudaykən və­fat etdiyini təsdiqləyib. Bu, riyakarlıqdan başqa birşey deyil”, – Hikmət Hacıyev qeyd edib.

Siyasət