Paşinyan: Bu, kimin qələbəsi idi, niyə bu qələbə nəticəsində Ermənistanın əhalisi artmadı, əksinə, azaldı?

post-img

Belə bir versiya var ki, məsələn, 27 oktyabr 1999-cu il hadisələri danışıqlar prosesi ilə, xüsusən də ərazilərin mübadiləsi konsepsiyası ilə bağlıdır. Bu, hələ cinayət qanunvericiliyində sübuta yetirilməmiş və əsaslandırılmamış versiyadır, lakin onun istintaq predmetinə çevrilməsi mümkündür. News.am sayrı yazır ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 27-də parlamentin 44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə istintaq komissiyasının iclasında bildirib.

“1994-cü ildə atəşkəs elan olunanda müharibədə Ermənistan tərəfinin qalib gəldiyi, Azərbaycan tərəfinin isə uduzduğu qeyd edildi. Bundan sonra 20 il ərzində Azərbaycan əhalisi demək olar ki, iki dəfə artdı, Ermənistanın əhalisi xeyli azaldı. Bəs qələbə kimin oldu, niyə bu qələbə nəticəsində Ermənistanın əhalisi artmadı, əksinə azaldı, niyə bu qələbə nəticəsində Azərbaycanı iqtisadi rəqabətdə məğlub etmək mümkün olmadı? Bu, təhlükəsizliklə, hərbi büdcə ilə bağlıdır. Biz onu da bilirik ki, 1997-1998-ci illərdə Qarabağ məsələsi daxili siyasi aspektdə böyük əhəmiyyət kəsb edirdi”.

S.ELAY,

"Xalq qəzeti"

Siyasət