2018-2019-cu illərdə mənim birinci prioritetim danışıqlar prosesini bütün detalları və problemləri ilə başa düşmək olub. News.am saytı yazır ki, bu barədə iyunun 27-də parlamentin 44 günlük müharibənin nəticələrinin öyrənilməsi üzrə İstintaq Komissiyasının iclasında Ermənistanın baş naziri Nikol Paşinyan 2018-2019-cu illərdə danışıqlar prosesi barədə niyə açıq danışmadığı sualına cavab verərkən bildirib.
“Sual haqlıdır, niyə 2019-cu il haqqında ictimaiyyətə bu şəkildə danışılmadı. İki sual var: bu bəyanatın nəticələri nə olacaq və növbəti sual: bu bəyanatın dərcindən sonra növbəti addım necə olacaq? Bəyanatlar və addımlar nə dərəcədə ahəngdardır? Reallıq bir şeydir, bu reallıqla barışmaq başqa bir şeydir. Problemlə üz-üzə gəlmək başqa, o problemlə harmoniyada olmaq başqa şeydir. Addımın nəticəsi müharibə və ya sülh olacaq? Hər halda, bu gün də bu reallıqla uzlaşmıram, amma zaman keçdikcə bu qənaətə gəldim ki, bu haqda danışmaq lazımdır. Üstəlik, bu, istintaq komissiyasında edilməlidir. Bütün bunlar bu gün deyildi, çünki bu gün mən istintaq komissiyasındayam. Ola bilsin ki, danışıqlar prosesi ilə bağlı təhqiqat komissiyasının yaradılması üçün nəzəri imkan var idi, lakin bu, artıq keçmişdə qalıb”, - deyə Nikol Paşinyan bildirib.
Paşinyan sonra əlavə edib: "2019-cu ildə mən bu iş səviyyəsində danışıqlar prosesini müharibə konveyeri adlandırdım, çünki məntiq belədir: danışıqlarla mənə istədiyimi verin, əks halda müharibə ilə də eyni nəticəni alacağam. Mənim vəzifəm bu konveyeri hansı amillərin dayandıra biləcəyini anlamaq idi. Mən təsdiqləyirəm ki, onu dayandıra bilmədim".
S.ELAY,
"Xalq qəzeti"