“Biz inanırıq ki, Azərbaycan və Ermənistan arasında sülh yaxındır”.
“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
O bildirib ki, ABŞ birbaşa dialoq aparır: “Bu, sülhü qorumaq və problemləri həll etmək üçün ən yaxşı yoldur”.
Bu gün Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov erməni həmkarı Ararat Mirzoyanla görüşəcək. Müzakirələrin 3 gün davam edəcəyi gözlənilir.