XİN: Erməni sakinlərin “hüquq və təhlükəsizliyi” iddiası qəbuledilməzdir

post-img

Ermənistan tərəfinin təxribatından sonra Azərbaycanın həyata keçirdiyi təhlükəsizlik və istintaq tədbirləri ilə əlaqədar Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyətinin müvəqqəti olaraq məhdudlaşdırılmasının “blokada və etnik təmizləmə” kimi təqdim edilməsi Ermənistanın saxta təbliğatının tərkib hissəsidir.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistan Xarici İş­lər Nazirliyinin 24 iyun tarixli bəyanatına dair şərhində əksini tapıb.

“Ərazilərimizi 30 ilə yaxın müddətdə işğal altında saxlayan, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən, öhdəliklərinə zidd olaraq ermə­ni silahlı qüvvələrini Azərbaycan ərazilə­rindən hələ də tam olaraq çıxarmayan, Azərbaycanın sülh prosesi təkliflərinə uzun müddət laqeyd yanaşan və bir sıra əsassız iddiaları ilə hazırda prosesə ma­neçilik törədən Ermənistanın Azərbay­canı nifrət və düşmənçilikdə təqsirləndir­məsini qətiyyətlə pisləyirik. 

Ermənistan tərəfinin təxribatından sonra Azərbaycanın həyata keçirdi­yi təhlükəsizlik və istintaq tədbirlə­ri ilə əlaqədar Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyətinin müvəqqəti olaraq məhdudlaşdırılmasının “blokada və etnik təmizləmə” kimi təqdim edilmə­si Ermənistanın saxta təbliğatının tərkib hissəsidir.

Görünür ki, Ermənistan tərəfi bu­raxılış məntəqəsi təsis edilən gündən yüzlərlə erməni sakinlərin azərbaycanlı sərhədçilərlə qarşılıqlı anlayış və əmək­daşlıq ruhunda hər iki istiqamətdə ke­çidini həzm etməyərək, bu kimi təhrikçi addımları təkidlə davam etdirməkdə ma­raqlıdır. 

Eyni qaydada, Azərbaycanın Qara­bağ bölgəsində yaşayan erməni sakin­lərə qarşı “humanitar təhdidlər” olduğu iddialarının heç bir əsası yoxdur. Azər­baycanın zərurət olduğu təqdirdə sakin­lərə yardım etmək təkliflərindən özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən hər və­chlə imtina olunması, erməni tərəfinin bu məsələdən öz dar siyasi məqsədləri üçün istifadə etdiyini göstərir. 

Qeyd edilənlərlə yanaşı, ermə­ni sakinlərin “hüquq və təhlükəsizliyi” məsələsindən sui-istifadə cəhdləri qə­buledilməzdir. Azərbaycan tərəfi erməni sakinlərin reinteqrasiyası istiqamətin­də səy göstərir və Ermənistan tərəfinin müxtəlif bəhanələrlə prosesə müdaxilə­sinə, habelə destruktiv şəkildə maneçilik törətməsinə son qoyulması zəruridir”, - deyə məlumatda bildirilib.

“Xalq qəzeti”

Siyasət