Diplomatlar azad edilmiş ərazilərin bərpası ilə tanış olublar

post-img

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, eləcə də 10 təşkilatın təmsilçiləri Laçında Aqro və Sənaye Parkının tikintisi ilə tanış olublar. Diplomatları müşayiət edən əməkdaşımız Vaqif Bayramov bildirib ki, qonaqlara sənaye parkının imkanları və inkişaf perspektivləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Aqro və Sənaye Parkında 46 müəssisə fəaliyyət göstərəcək, ümumilikdə 1200-ə yaxın yerli sakin işlə təmin olunacaq.

Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soli jurnalistlərə bildirib:  “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma işlərinin aparıldığını müşahidə edirik, burada çoxlu böyük layihələr həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı bərpa işləri aparılır və onlar uğurla həyata keçirilir".

Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev isə deyib: “Laçına getmək və hər şeyi gözlərimlə görmək fürsətinə görə minnətdaram. Bilirik ki, Laçın uzun illər ərzində işğal altında olub və bu gün burada dinc həyatın olmasını göstərən dəyişiklikləri görmək çox sevindiricidir”.

Qırğızıstan səfiri Zəngəzur dəhlizinin xüsusi logistik imkanlara malik olduğunu da qeyd edib.

 

"Xalq qəzeti”

Siyasət