N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

post-img

“Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 13 dekabr tarixli 7-IIIKQD nömrəli Konstitusiya Qanununun I hissəsinin 4-cü bəndinə və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.5-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nizami Abdulla oğlu Səfərov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilsin.

 

Azərbaycan Respublikası
Milli Məclisinin sədri Sahibə Qafarova


Bakı şəhəri, 24 iyun 2023-cü il

Qanunlar