Xarici diplomatlar Laçın şəhərində olublar

post-img

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, eləcə də 10 təşkilatın nümayəndələrinin Azad olunmuş ərazilərə səfəri davam edir. Diplomatları müşayiət edən media nümayəndələri arasındakı “Xalq qəzeti”nin təmsilçisi Vaqif Bayramov bildirib ki, qonaqlar Laçın şəhərində olub, Bayraq meydanına baş çəkiblər. 

Diplomatlar şəhərdə aparılan yenidənqurma işləri ilə tanış olublar. Onlara məlumat verilib ki, aparılan işlər zamanı binaların ilkin görkəminin qorunub saxlanmasına xüsusi diqqət yetirilir.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Laçında Azərbaycan jurnalistlərinə müsahibəsində bildirib ki, Cənubi Qafqaz regionuna sülh və inkişaf gələcəyinə ümid edir, bu, hamı üçün önəmlidir.

Səfir deyib: "Bu gün digər ölkələrin səfirləri ilə birlikdə Azərbaycanın ən gözəl bölgələrindən biri olan Laçın rayonuna gəlmişik. Burada yenidənqurma və abadlıq işləri aparılır. Laçın rayonunun bəzi sakinləri artıq öz doğma yurdlarına qayıdıblar. Bizim onlarla söhbət etmək imkanımız oldu”

Diplomat Laçının təbiətinin çox gözəl olduğunu və bu rayonun böyük iqtisadi potensiala malik olduğuna əminliyini ifadə edib.

"Xalq qəzeti”

Siyasət