Qarabağda mina kabusu

post-img

Qarabağ ərazisinə səpələnmiş minalar böyük humanitar problemdir.

Bunu Azərbaycanın Müqəddəs Taxt-Tac­dakı səfiri İlqar Muxtarov İtaliyanın “Agen­zia Nova” informasiya agentliyinə müsahi­bəsində deyib.

“Otuz ilə yaxın işğal dövründə ermənilər tərəfindən Azərbaycan ərazilərində 1,5 mil­yondan çox mina basdırılıb. Həmin torpaqlar işğaldan azad edildikdən sonra bu günədək ərazinin yalnız 10 faizdən bir qədər çox his­səsi minalardan təmizlənib. Beynəlxalq təş­kilatların rəyinə görə, ərazilərin minalardan təmizlənməsinə onilliklər lazımdır”, - deyə səfir qeyd edib.

İlqar Muxtarov vurğulayıb ki, bu böyük humanitar problem otuz il əvvəl evlərini tərk etmək məcburiyyətində qalan insanların öz yurd-yuvalarına geri qayıtmasına imkan ver­mir. Həmçinin bu vəziyyət həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlə­rinə də maneə yaradır. Çünki bu ərazilərdə görüləcək iş çoxdur və minaların olması bö­yük təhlükədir.

“Xalq qəzeti”

Siyasət