Daxili Qoşunların Ali Hərbi Məktəbində növbəti buraxılış

post-img

İyunun 23-də Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Ali Hərbi Məktəbində 2022-2023-cü tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib. Tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Bu barədə Daxili İşlər Nazirli­yinin mətbuat xidmətindən məlu­mat verilib. Bildirilib ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-döyüş tapşırıqlarının ye­rinə yetirilməsi zamanı canların­dan keçən hərbi qulluqçuların və polis əməkdaşlarının əziz xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Nazir müavini – Daxili Qo­şunların komandanı Şahin Məm­mədov məzunların buraxılış mərasiminin Ali Hərbi Məktəbin həyatında əlamətdar hadisələrdən biri olduğunu diqqətə çatdıraraq təhsil müəssisəsinin inkişaf yolu, maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran və­zifələr barədə məruzə edib. 

General-polkovnik Vilayət Eyvazov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında möhtəşəm Qələ­bə ilə nəticələnən Vətən müharibə­sində Daxili Qoşunların hərbi qul­luqçularının da ön cəbhədə iştirak edərək qəhrəmanlıq və vətənpər­vərlik nümunələri göstərdiyini, onların arasında Ali Hərbi Mək­təbin də məzunlarının olması bu təhsil müəssisəsində kursantların dövlətə, xalqa, hərbi anda sədaqət ruhunda formalaşması üçün ortaya qoyulmuş əzmkar fəaliyyətin əya­ni təsdiqi olduğunu vurğulayıb. 

O, qələbədən sonrakı dövrdə Daxili Qoşunların şəxsi heyətinin işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları ilə birgə xidmət etmələrini də məmnunluqla qeyd edib. 

“Xalq qəzeti”

Son xəbərlər