Sərhəddə toqquşma – Ermənistan və havadarları Ərdoğanın Bakı səfərini “hədəfə alır”

post-img

Azərbaycan–Ermənistan sərhədindəki gərginlik və hərbi qarşıdurma fonunda regondakı gələcək siyasi konfiqurasiyalar mövzusunda müxtəlif baxışlar meydana çıxmaqdadır. Əlbəttə, İrəvanın siyasi dairələri gərginliyə görə Bakını günahlandırırlar. Halbuki, təxribatı törədən Ermənistandır. Bəs, ölkə nə üçün bunda maraqlıdır? 

Mövcud xüsusda müxtəlif versiyalar irəli sürmək mümkündür ki, bunlardan birinin məğzində Türkiyə amili dayanır. Ermənistanın siyasi gündəmi atəşkəsin pozulmasına görə Türkiyə Prezidenti Rə­cəb Tayyib Ərdoğanın Bakıya səfərinə fokuslanır. Daha doğrusu, erməni siya­silər həm Ərdoğanın paytaxtımızda səs­ləndirdiyi fikirlərin üzərində dayanırlar, həm də özlərinin məlum səfərlə əlaqədar konspriativ düşüncələrini işə salırlar. Ye­kunda belə təsəvvür formalaşdırırlar ki, sanki, Türkiyə lideri gəldi və indiyədək gedən prosesləri alt-üst etdi, yeni reallıq formalaşdırdı. Azərbaycan isə guya sər­həddə toqquşmalar yaratmaqla, həmin yeni situasiyaya adekvat davranış ortaya qoymaqdadır. 

Yeri gəlmişkən, qeyd edək ki, cənab Ərdoğan ölkəmizdəki bəyanatlarında xüsusən Zəngəzur dəhlizinin açılması­nın vacibliyi üzərində dayanmış, dəhli­zin ölkəsi və ümumilikdə Türk dünyasını üçün əhəmiyyətini dilə gətirmişdi. Təbii ki, Türkiyə lideri Şuşa Bəyannaməsinin işləkliliyini qabardıb, bunun Ermənistana və havadarlarına mesaj anlamını da vur­ğulamışdı. 

Bəli, Ermənistan, necə deyərlər, qa­baqdangəlmişlik edir. Ölkə sərhəddə təxribat törətməklə, öz aləmində Cənubi Qafqazda Türkiyə faktorunu önə çəkir ki, bölgədə maraqlı olan digər qüvvələrdə qıcıq yaransın. Təxminən belə: baxın, Ərdoğan gəldi, hər şeyi qarışdırdı. İrəvan həmin qüvvələrin hərəkətə keçəcəyinə siyasi sərmayə yatırır və beləliklə hazırda özü üçün məqbul olmayan reallıqları də­yişəcəyinə ümid bəsləyir. Böyük ölçüdə yanaşsaq, sərhəddəki təxribatın məqsədi məhz budur. 

Yeri gəlmişkən, onu da diqqətə çat­dıraq ki, hələ atəşkəsdən əvvəl Ermə­nistan mediası və siyasiləri Azərbayca­nın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın iyunun 12-də Vaşniqtondakı görüşünün Ərdoğanın səfərinə görə təxirə salın­ması məsələsinə toxunarkən, mövcud məqamı Bakının sülh danışıqlarından çıxması kimi qələmə verirdilər. Türkiyə Prezidenti Bakıya gəlib-getdikdən sonra atəşkəs pozuldu. Demək, Ermənistan təxribat törətməklə, əvvəldə uydurduğu mülahizəyə məntiqi qanunauyğunluq li­bası geyindirdi. 

İndi isə Ermənistan mediası qarşı­sına qoyduğu “məqsədi” regionun ic­timai rəyində möhkəmləndirmək üçün hərəkətə keçib. Ölkənin müxtəlif polito­loqları, belə demək mümkünsə, “Türkiyə və təxribat” ritorikasını inkişaf etdirməyə girişiblər. Mövcud istiqamətdə erməni ic­timai rəyinə ən böyük dəstək, gözlənildiyi kimi, Rusiyadan gəlməkdədir. Bu baxım­dan, Rusiyadakı Yaxın Şərq İnstitutunun rəhbəri, əvvəllər də anti-Azərbaycan baxışları ilə gündəmə gəlmiş Yevgeni Satanovskinin söylədiklərinə də diqqət yetirmək mümkündür. 

Y.Satanovski soyadındakı şeytani mənanı işə salaraq deyir ki, Türkiyənin Cənubi Qafqaza yanaşması dəyişməyib. Bu, Azərbaycanın Ermənistana qarşı irəli sürdüyü kifayət qədər sərt ultimatumdan da görünür: “Ərdoğan seçkidə qalib gəl­di. O, Bakının ən yaxın müttəfiqidir. İkinci Qarabağ müharibəsində də qalib gələn­lərdən biridir. Qarabağ və onun Ermə­nistana məxsusluğu mövzusu qapanıb. Bunu Paşinyan edib. Ermənilərin orada qalıb-qalmayacağı və hansı ampluada qalacağı böyük sual altındadır. Bundan başqa, Azərbaycandan, Ermənistan ərazisindən keçməklə, Naxçıvana dəh­liz mövzusu açıqdır. Daha böyük sual Ermənistanın Sünik rayonunun ölkənin nəzarətində qalıb-qalmayacağı ilə bağlı­dır. Paşinyan açıq şəkildə Qarabağdakı Rusiya sülhməramlılarından və Ermənis­tandakı Rusiya hərbi bazasından xilas olmaq istəyir. Amma bu halda o, nə üçün hesab etmir ki, Bakı və Ankara ilə növbəti toqquşmada uduzmayacaq? Bu məsələ aydın deyil".

Göründüyü kimi, müəyyən qüvvələr Türkiyənin nəinki bölgə, ümumən Ermə­nistan üçün təhlükə təsvirini cızmaqda maraqlıdırlar. Onların 44 günlük mühari­bədə Ankaranın rolunu qabartmaları er­məni ictimai rəyindəki anti-türk təmayülü­nü körükləməyə hesablanıb. Satanovski də bunu etməyə çalışanlardandır. Elə isə onun aşağıdakı fikirlərindəki Ermənistan dövlətçiliyinin iflası məntiqinə diqqət ye­tirək. “Ermənistan–Türkiyə münasibətlə­rinin normallaşması prosesinə gəlincə, hər şey hansı normallaşmadan danışma­ğımızdan asılıdır. Əgər Ermənistan bu gün Ərdoğanın inşa ermək istədiyi gələ­cək Osmanlı limanının periferik əyalət­lərindən birinə çevrilərsə, o zaman nor­mallaşma mümkündür”, – deyən rusiyalı politoloq əlavə edib ki, Ermənistanı daha hansı aqibətin gözlədiyini başa düşmək­də çətinlik çəkir və indiki halda Paşin­yanın sırf Qərbə yönəlməsi ölkə üçün müsbət perspektiv vəd etmir. Deməli, Stanovski Türkiyəyə fokuslanmaqla, nəzərləri həm də Qərbə yönəldir. 

Ümumən, belə bir nəticəyə gəlmək mümkündür ki, Ermənistandakı revanşist dairələr Ankaranın, belə demək müm­künsə, hərbə-zorba gələn tərəf kimi təq­dimatını aparmaqla, onu həm də Bakı–İrəvan tənzimləməsinin Qərb formatının pozucusu kimi göstərməyə çalışırlar. Deməli, Ərdoğanın Azərbaycana səfəri müstəvisində qurulmuş siyasi oyun son dərəcə incə mahiyyətə malikdir. 

Oyunun məqsədi həm Qərbi, həm də Cənubi Qafqazda bilavasitə maraqlı olan Rusiyanı Türiyəyə qarşı qaldırmaq­dır. Erməni siyasi istebleşmenti hər iki cinah üçün müstəqil siyasət yürüdən An­karanın yolverilməzliyini anlayır. Diqqət yetirin, Satanovski Türkiyənin Osmanlı dövlətinin mirasına sahiblik ritorikasını qabardır. Bir növ, dünyanın yadına Os­manlı zamanını salır. Heç şübhəsiz, bu yanaşma 44 günlük müharibədən sonra Cənubi Qafqazda formalaşmış yeni siya­si düzəni öz xeyrinə çevirməyə çalışan İrəvan üçün müstəsna önəm daşımaq­dadır. Satanovskilər ona bu anlamda lazımdır, baxmayaraq ki, belə şəxslərin yalnız Rusiyanın maraqlarını ifadə etdik­ləri, İrəvanı yenidən Moskvanın orbitinə qaytarmaq istiqamətində ideoloji səylər göstərdikləri yaxşı məlumdur. 

Bəli, Satanovski Rusiyanın marağı­nı özünün növbəti fikirlərində də orta­ya qoymaqdadır. O, Türkiyənin Cənubi Qafqaz aktivliyindən söz açarkən, bunun ABŞ-ın mənafelərinə uyğunluğunu bildi­rir. O ABŞ-ın ki, Rusiya ilə ziddiyyətdə­dir. Deməli, indiki halda ABŞ–Türkiyə ikilisinin Rusiyaya qarşı çıxdığı təsəv­vürü formalaşdırılır. Belə yanaşma isə Ankara-Moskva münasibətlərinin hazırkı pozitiv axarını zədələmək niyyəti gü­dür. Təsadüfi deyil ki, politoloq çox açıq mətnlə Ermənistanın Paşinyanın apardı­ğı siyasətlə Türkiyənin əyaləti olacağını vurğulayır və əlavə edir ki, Türkiyə–Er­mənistan normallaşmasın bu xətti Ərdo­ğan üçün tam sərfəlidir. 

Sonda həm atəşkəsin pozulması, həm də qeyd etdiyimiz düşüncələrin fo­nunda belə nəticəyə də gəlirik ki, Ermə­nistan hakimiyyəti Azərbaycanla danı­şıqlar prosesindəki müsbət dinamikanı aradan qaldırmaq, sülh müqaviləsinin bağlanmasının qarşısını almaq üçün re­gionumuzda baş verən bütün proseslər­dən istifadə etmək “əzmindədir”. Bu isə aşkar spekulyativ yanaşmadır. Mövcud durumun hansı pesrpektiv nəticələr do­ğuracağını isə əlahəzrət zaman göstərə­cək. Hər bir halda nəticənin Ermənista­nın xeyrinə olmayacağı, əksinə ölkənin durumunu bir qədər də ağırlaşdıracağı birmənalıdır. 

 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət