Azərbaycan– ABŞ hərbi əməkdaşlığı müzakirə edilib

post-img

İyunun 2-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini Kolin Kahlın təşəbbüsü ilə telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən bildirilib ki, tərəflər ölkələrimiz arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ət­raflı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçi­nin ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

“Xalq qəzeti”

Siyasət