Vaşinqtonda rəsmi qəbul

post-img

Vaşinqtonda Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələri Gününün 105-ci ildönümünə həsr edilmiş rəsmi qəbul və ziyafət təşkil olunub.

Tədbirə 30-a yaxın ölkənin səfirləri, çoxsaylı hərbi attaşelər, yəhudi təşki­latlarının və müxtəlif tədqiqat mərkəz­lərinin rəhbərləri və nümayəndələri, o cümlədən ABŞ-da yaşayan Azərbaycan icmasının üzvləri daxil olmaqla 600-dən çox qonaq qatılıb. 

Səfir Xəzər İbrahim ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi ölkəmizin ha­zırkı qlobal səciyyəli vəziyyətinə gəlib çıxmasında müstəsna rolunu xüsusi vurğuladı. 

Hər iki Qarabağ müharibəsinin iş­tirakçısı olan Azərbaycanın ABŞ-dakı hərbi attaşesi Rüstəm Gözəlov Müzəf­fər Ali Baş Komandanın xüsusi diqqəti və səyləri nəticəsində ordumuzun bu­günkü müasir və güclü vəziyyətinə gəl­diyini xüsusi vurğulayıb.

Çıxışlardan sonra ABŞ-ın Vaşinqton şəhərinin meri Muriel Bauzer tərəfin­dən 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə imzalanmış bəyan­namə oxunub. 

Bədii hissədə ABŞ-da yaşayan həmvətənimiz Məryəm Nəcəfzadə “Sarı gəlin” və “Koroğlu” operasından musiqi əsasında milli rəqslərimizi ifa edib.

“Xalq qəzeti”

Son xəbərlər