Londonda təntənəli ziyafət

post-img

Azərbaycan Respublikasının Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə iyunun 1-də Londonun ən tanınmış və möhtəşəm məkanlarından olan tarixi “Lancaster House”da təntənəli ziyafət keçirilib. 

Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov müsəlman Şərqində ilk demokratik respublika olan Azərbay­can Xalq Cümhuriyyətinin tolerantlıq və multikulturalizm kimi prinsiplərinin bu gün Azərbaycan Respublikası tərəfin­dən dünyada təmsil olunduğunu qeyd edib. 

Səfir, həmçinin çıxışında regionun gələcək inkişafı və davamlı sülhün tə­min olunması istiqamətində Prezident İlham Əliyevin qətiyyətli addımlar atdı­ğını vurğulayaraq, Azərbaycan–Ermə­nistan münasibətlərinin normallaşdı­rılması istiqamətində görülən işlərdən söz açıb.

Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Depar­tamentinin rəhbəri səfir Kristofer Allan Azərbaycanın Britaniya üçün önəmli müttəfiq olduğunu qeyd edərək, iki ölkə arasında iqtisadi, ticari və investisiya sahələrində əməkdaşlığın yüksək sə­viyyədə olduğunu vurğulayıb. O, iki ölkə arasında siyasi sahədə əməkdaşlığın daha da inkişaf etdiyini, dövlət rəsmilə­rinin qarşılıqlı səfərlərinin buna böyük töhfə verdiyini qeyd edib. 

Tədbir çərçivəsində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sərgi də təşkil edilib. 

Qeyd edək ki, tədbirin keçirildiyi “Lancaster House”da Böyük Britaniya hökumətinin rəsmi tədbirləri təşkil olu­nur.

“Xalq qəzeti”

Son xəbərlər