İkitərəfli siyasi məsləhətləşmələr

post-img

Mayın 31-də Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə Xarici İşlər Nazir­liyinin Mətbuat xidməti idarəsin­dən məlumat verilib. 

Bildirilib ki, məsləhətləş­mələrdə Azərbaycan tərəfini xa­rici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfi isə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin təmsil edib.

Məsləhətləşmələr zamanı Azərbaycan-Rusiya münasi­bətlərinin ikitərəfli gündəliyində olan siyasi, iqtisadi, humanitar və digər aktual mövzular, müqa­vilə-hüquq bazasının genişlən­dirilməsi, regional əməkdaşlıq və təhlükəsizlik, o cümlədən qarşılıqlı maraq kəsb edən bey­nəlxalq məsələlər ətrafında ge­niş fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətləri regi­onda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş səylərin, Azərbaycan və Ermənistan arasında mü­nasibətlərin normallaşdırılması kontekstində əldə olunan bütün razılaşmaların icrası istiqamətin­də ardıcıl addımların atılmasının vacibliyini qeyd ediblər.

“Xalq qəzeti”

Siyasət