Çinin enerji şirkəti ilə müzakirə aparılıb

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “Envision Energy” şirkətinin beynəlxalq işlər üzrə vitse-prezidenti Con Li ilə görüşüb.

İqtisadiyyat naziri Çinin biz­nes dairələri ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdiyini vurğulayıb, ölkəmizin işgüzar mühiti, investorlar üçün yaradı­lan imkanlar barədə məlumat verilib. Qeyd olunub ki, enerji səmərəliliyinin artırılması, bər­paolunan enerji sahəsinin inki­şafı ölkəmizin əsas prioritetlə­rindəndir. Ölkəmizdə bu sahədə ixtisaslaşan müəssisələrin qu­rulması məqsədilə tərəfdaşlıq üçün geniş imkanlar var. 

Görüşdə bərpaolunan enerji mənbələrindən istifadə sahəsin­də yeni texnologiyaların tətbiqi, resurslardan səmərəli istifadə üçün innovativ mexanizmlər, sıfır emissiyalı sənaye parkının yaradılması və əməkdaşlıq im­kanları barədə müzakirələr apa­rılıb.

Qeyd: Çinin “Envision Ener­gy” şirkəti 2007-ci ildə yaradılıb və külək turbini istehsalı üzrə ixtisaslaşıb. Şirkət Çin və di­gər ölkələrdə külək, günəş və hidrogen enerjisi istehsalı la­yihələrində iştirak edir. “Envision Energy” “yaşıl” texnologiyaların inkişafı məqsədilə dünyanın bir sıra ölkələrində elmi-tədqiqat və mühəndislik mərkəzləri şəbəkə­si yaradıb. 

“Xalq qəzeti”

Son xəbərlər