İraqda həbsdə saxlanılan azərbaycanlı qadınlar ölkəmizə gətirilib

post-img

Azərbaycanın İraq Respublikasında məhbus həyatı sürmüş və hazırda cəza müddəti bitmiş 3 nəfər qadın vətəndaşı Azərbaycan Respublikasının Hökuməti tərəfindən aparılmış müvafiq əlaqələndirmə işi, habelə ölkəmizin aidiyyəti dövlət qurumlarının mərhələli və koordinasiyalı tədbirləri nəticəsində ölkəmizə gətirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarə­sindən bildirilib ki, növbəti mərhələdə daha 2 nəfər cəza müddəti bitmiş Azərbaycan vətəndaşının ölkə­mizə gətirilməsi nəzərdə tutulur.

Hazırda, İraq Respublikasında həbsdə saxlanı­lan Azərbaycan Respublikasının qadın vətəndaşla­rının mərhələli şəkildə ölkəmizə gətirilməsi istiqamə­tində müvafiq işlər davam etdirilməkdədir. Bununla əlaqədar olaraq, İraq Respublikasının aidiyyəti döv­lət qurumlarına müvafiq müraciətlər ünvanlanıb.

Qeyd edək ki, Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində indiyə qədər sözügedən qadın vətəndaşlarımızın 288 nəfər övla­dı ölkəmizə geri gətirilib.

“Xalq qəzeti”

Siyasət