Ölkəmizin dini heyəti Səudiyyə Ərəbistanında

post-img

May ayının 30-dan etibarən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının (SƏK) İslam Məsələləri, Çağırış və İrşad Nazirliyinin dəvəti ilə sözügedən ölkədə səfərdədir.

Komitə sədri Ciddə şəhərində SƏK-nin İslam Məsələləri, Çağırış və İrşad naziri Şeyx Əbdüllətif bin Əbdüləziz Əl-Şeyxlə görüşüb. Nazir ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri, Dövlət Komitə­sinin fəaliyyəti barədə danışıb, ölkədəki bütün dini icmalara bərabər imkanların yaradılmasını vurğula­yıb. M.Qurbanlı Azərbaycan–SƏK münasibətlərinin əsasının ulu öndər Heydər Əliyevin 1994-cü ildə hə­min ölkəyə rəsmi səfəri ilə qoyulduğunu, hazırda iki ölkə arasındakı əlaqələrin Prezident İlham Əliyevin apardığı siyasətlə daha da inkişaf etməkdə olduğunu diqqətə çatdırıb.

Görüş çərçivəsində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Səudiy­yə Ərəbistanı Krallığının İslam Məsələləri, Çağırış və İrşad Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər