Azərbaycan–Çin əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

post-img

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Ma Caosyü ilə görüşüb. 

Ma Caosyü təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan–Çin əlaqələrinin hazırda dövlətlərimizin başçıları sayəsində bütün sahələrdə in­kişaf etdiyini, strateji tərəfdaşlıq səviyyə­sinə yüksəldiyini bildirib. O, Azərbayca­nın və Çinin dövlət başçılarının Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin son Sammiti çərçivəsində görüşünün əmək­daşlıq perspektivlərinin müəyyənləşdiril­məsi baxımından əhəmiyyətinə toxunub. Azərbaycan–Çin münasibətlərinin ge­nişlənməsində Heydər Əliyev Fondunun Çində həyata keçirdiyi humanitar və mə­dəni layihələrin, həmçinin Xarici Ölkələr­lə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasındakı əməkdaşlığın və ölkələrimizin səfirliklərinin fəaliyyətinin əhəmiyyəti vur­ğulanıb. 

Azərbaycan nümayəndə heyətinin pandemiyadan sonra Çin Xalq Respub­likasına səfər edən ilk heyətlərdən oldu­ğunu bildirən Ma Caosyü Azərbaycanın Çinin bütün təşəbbüslərinə daim müsbət reaksiya göstərdiyini, “Bir kəmər, bir yol” təşəbbüsünə verdiyi töhfələri qeyd edib.

O, münasibətlərimizin daha da ge­nişlənməsi üçün bütün dövlət qurumları, qeyri-hökumət təşkilatları və özəl sektor arasında əlaqələrin qurulmasının əhəmiy­yətindən danışıb. Nazir müavini Çin Xalq Respublikasının Azərbaycanın suveren­liyini və ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdıraraq ölkəmizə sülh arzula­yıb. 

Anar Ələkbərov Azərbaycan Respub­likasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikası ilə münasibətlərə hər zaman önəm və dəstək verdiyini, ikitərəfli əlaqələrin inkişafına çalışdığını bildirib.

Azərbaycanın turizm potensialı, işğal­dan azad olunan ərazilərdə həyata keçi­rilən genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən, digər bölgələrimizdəki layihələrdə Çin sərmayədarları və şirkət­ləri üçün imkanların mövcudluğu barədə məlumat verilib. Heydər Əliyev Fondunun Çində həyata keçirdiyi humanitar və mə­dəni layihələrin gələcəkdə də davam et­diriləcəyini bildirən Anar Ələkbərov dövlət qurumlarının da Çin ilə əməkdaşlığa yük­sək maraq göstərdiyini qeyd edib və Azər­baycan dövlətinin hər zaman “Vahid Çin” prinsipinə dəstək verdiyini vurğulayıb.

AZƏRTAC 

Pekin

Siyasət