Çinin Hebey vilayətində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş konsert olub

post-img

Çinin Hebey vilayətinin Lanfan şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Azərbaycan–Çin dostluq konserti olub.

Lanfandakı İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzində keçirilən konsert Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilib. 

Konsertdə Xalq artisti Ənvər Sa­dıqovun rəhbərliyi altında “Qaytağı” ins­trumental ansamblının və “Mirvari” rəqs qrupunun ifasında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Niyazinin, Vasif Adı­gözəlovun, Cahangir Cahangirovun, Süleyman Ələsgərovun, Tofiq Quliyevin və başqa görkəmli bəstəkarların əsər­ləri, xalq mahnıları və rəqsləri, habelə ənənəvi Çin xalq mahnısı, Ağdam Xan Şuşinski Adına Uşaq Muğam Musiqi Məktəbinin şagirdi Mətin Cəfərovun ifasında “Qarabağ şikəstəsi” təqdim olunub. 

Azərbaycan incəsənət ustalarının çıxışları tamaşaçılar tərəfindən alqışlar­la qarşılanıb. 

 

AZƏRTAC 

Pekin



Son xəbərlər