Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 119 Bakı şəhəri, 18 aprel 2023-cü il
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq üçün icazənin, o cümlədən iş icazəsinin verilməsi (və ya müddətinin uzadılması) üçün ərizə-anket nümunələrinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 7 fevral tarixli 40 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 7 fevral tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 195; 2015, № 10, maddə 1222; 2016, № 8, maddə 1451; 2018, № 4, maddə 822; 2019, № 12, maddə 2093; 2020, № 8, maddə 1125) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anket”də aşağıdakı dəyişikliklər edilsin:
1. 11.7-1-ci bənddə “və 64.0.17-ci” və “and 64.0.17” sözləri müvafiq olaraq “, 64.0.17-ci, 64.0.18-ci və 64.0.19-cu” və “, 64.0.17, 64.0.18 and 64.0.19” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 11.7-1.8-ci və 11.7-1.9-cu yarım-bəndlər əlavə edilsin:
11.7-1.8. Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun, inzibati müəssisələrinin və hüquqi şəxslərinin Ələt azad iqtisadi zonasının ərazisində işə cəlb etdiyi şəxslər, habelə bu hüquqi şəxslərin təsisçiləri olduqda
(to be a person employed by authorized entities, administrative institutions and legal persons of the Alat Free Economic Zone, including founders of the legal persons) □
11.7-1.9. texnologiyalar parkının rezidenti (hüquqi şəxsə müna-sibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər olduqda
(to be a resident of a technology park (with regards to a legal person, those holding office as its head and deputies) and specialists with experience in the field of information and communication technologies involved in labor activity by that resident on the territory of the Republic of Azerbaijan) □
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

