Paşinyan: “Dağlıq Qarabağ xalqı” anlayışı yoxdur

post-img

Hayastanın baş naziri bu sözləri hökumətin 2021-2026-cı illər üzrə proqramının 2022-ci ildə icrası və nəticələri barədə parlamentin növbədənkənar iclasında hesabat məruzəsində deyib.

Ermənistan hökumətinə yaxınlığı ilə seçilən “armenpress” agentliyinin yaydığı məlumata görə, baş nazir Ni­kol Paşinyan Milli Assambleyanın növ­bədənkənar iclasında çıxışı zamanı ötən ilin iqtisadi yekunları ilə yanaşı, Azərbaycanla aparılan sülh danışıqları prosesinə, Qarabağın erməni sakinləri­nin problemlərinə və mövcud reallıqla bağlı maraqlı açıqlamaları və etirafları ilə yadda qalıb. Madrid prinsiplərini qə­bul etməklə Dağlıq Qarabağı Azərbay­canın tərkib hissəsi kimi tanıdıqlarını bildirən hayların baş naziri əsas proble­min onun 2018-ci ildə təhvil aldığı danı­şıqlar qovluğunda olduğunu deyib: “Bu qovluqda “Dağlıq Qarabağ xalqı” məh­fumu yoxdur, “Dağlıq Qarabağın əhali­si” anlayışı var. Bu, çox vacib aspektdir, çünki “xalq” – konstitusiya subyektidir, “əhali” isə deyil. Yəni, “əhali” özünütə­yinetmə subyekti sayılmır”. 

Deyəsən, Paşinyan, gec də olsa, beynəlxalq hüquq sahəsində savadını artırmaqla məşğul olub. Yoxsa, xalq­la əhalinin fərqini belə peşəkarcasına izah edə bilməzdi. 

* * * 

Hesabat mərizəsindən sonra depu­tatların suallarını cavablandıran Nikol Paşinyan Bakı ilə davam etdirəcəkləri sülh danışıqları prosesinə də toxunub: “Bizim problemimiz ondadır ki, rəsmi bəyanatlarımız aparılan danışıqların məzmunu ilə üst-üstə düşmürdü. Hərbi qarşıdurma və müharibənin özü məhz bununla bağlı yaranıb”. Yəni, hayların baş naziri 44 günlik müharibənin əsas səbəbini sələflərinin yanlış siyasi ritori­kadan istifadə etrməsində görür. Əlbət­tə, bu, yalnız daxili auditoriyaya ünvan­lamış, heyrət doğuracaq qədər gülünc versiyadır. 

Ermənistanın Azərbaycanla müqa­yisədə pozulmuş hərbi balansını bər­pa etmək sahəsində ciddi proqramlar üzərində işlərin getdiyini deyən Paşin­yan belə məsələləri açıq müzakirəyə çıxarmağın əleyhinə olduğunu əlavə edib. Deputat Artur Xaçatryanın “Dağ­lıq Qarabağ gələcək statusu” ilə bağlı sualını cavablandıran baş nazir bildirib ki, bu gün öz müqəddaratını təyinet­mə hüququ ilə onların bugünki statusu müəyyən edilməyib, ona görə gələcək statusdan söhbət gedə bilməz. 

* * * 

Paşinyan xüsusi olaraq müxa­lifət düşərgəsindən olan deputatlar üçün bir həftə əvvəl “hökumət sa­atı”nda dediyi sözləri təkrarlayıb: “Azərbaycan bütün danışıqlar prosesi­nin gedişində eyni sözləri deyirdi. Onlar özü müqəddaratını təyinetmənin heç də müstəqil dövlət demək olmadığını söyləyirdilər. Həm də diqqətə çatdırır­dılar ki, öz müqəddaratı təyinetmənin subyekti yalnız ermənilər deyil, həm də azərbaycanlılar olmalıdır. Yəni, bu məsələni azərbaycanlılar da həll etməlidir. Məhz buna görə mən xalq-əhali terminologiyası barədə danışı­ram. Hələ 2019-cu ildə demişdim ki, Dağlıq Qarabağ məsələsi üzrə danışıq­larda Dağlıq Qarabağın nümayəndəsi iştirak etməlidir. Çünki Dağlıq Qarabağ icması bizim parlament seçkilərində iş­tirak etməyib, ona görə də mənim man­datım yoxdur. Bu mövqeyimi həmişə ifadə etmişəm”.

...Uzun müddət Ermənistan haki­miyyətində kök salmış “Qarabağ klanı”­na qarşı siyasi mübarizə aparan Nikol Paşinyanın parlamentdəki çıxışında açıqladığı fikirlərin bir çoxunda sağ­lam məntiqə rast gəlmək mümkündür. Onun deputatların suallarına cavabla­rından hiss olunur ki, əgər ixtiyarı öz əlində olsaydı, sülh sazişinə dərhal im­zasını qoyardı. 

İ.HƏSƏNQALA, “Xalq qəzeti”

Siyasət