Qorxaqlıqdan doğan qəddarlıq!

post-img

Dumanlı hava şəraitidə yolunu azaraq Ermənistan ərazisinə keçən əsgərimiz – Axundov Hüseyn Əhliman oğluna qarşı ermənilərin dözülməz işgəncələr verərək sosial şəbəkələrdə onu yayımlaması təkcə Azərbaycanın yox, bütün sivil dünyanın ciddi qınağına səbəb olub. Faktla bağlı açıqlama verən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bildirib ki, “Ermənistanda azərbaycanlı hərbçiyə qarşı aşkar pis rəftarın görüntüləri dərin narahatlıq doğurur”. 

Bəyanatda, həmçinin baş verən olayın araşdırılmasının və onu törədənlərin məsuliy­yətə cəlb edilməsinin vacibliyi qeyd olunub. 

Azərbaycan xalqı ATƏT və digər beynəlxalq təşkilat­ların verdiyi oxşar bəyanatları dəstəkləsə də, bu bəyanatla­rın praktiki müstəvidə hansısa konkret nəticələr verəcəyinə cəmiyyətin ümidi azdır. Buna səbəb ermənilərin son iki əsrdir ki, xalqımıza qarşı həyata ke­çirdikləri silsilə qətliamlara və ağır cinayətlərə görə hələ də beynəlxalq təşkilatlar tərəfin­dən məsuliyyətə cəlb olunma­masıdir. Maraqlıdır ki, bey­nəlxalq təşkilatlar bəzi hallarda erməni vəhşiliyini etiraf etmək və qınamaq məcburiyyətində qalsalar da, bu günə qədər heç bir beynəlxalq qurum törətdiyi vəhşiliklərə görə Ermənistana hər hansı sanksiya, yaxud di­gər məhdudlaşdırıcı addım at­mayıb. Məhz bu səbəbdən də Azərbaycan xalqı hesab edir ki, beynəlxalq təşkilatların növbəti erməni vəhşiliyi ilə bağlı verdi­yi bəyanatların ardından rəsmi İrəvana konkret təzyiq göstəril­məyəcəksə, bunların özlüyün­də heç bir mənası yoxdur.

Zorakılığın arxasında nələr dayanır?

Ermənistanın beynəlxalq konvensiyalara zidd olaraq köməksiz vəziyyətdə olan Azərbaycan əsgərinə amansız işgəncələr verməsi bir sıra amillərlə bağlıdır. Bunlardan ən başlıcası zülm və işgəncə verməyin erməni xislətinin ayrılmaz tərkib hissəsi olması ilə əlaqədardır. Ermənilər əsgərimizə hər şeydən öncə ona görə işgəncə veriblər ki, onlar başqa cür davrana, öz mahiyyətlərinin, yaradılışlarının fövqündə dayana bilmirlər. Yəni, ilan və əqrəbin elə ilk fürsətdə insanı sancması, onu zəhərləməsi nə qədər təbiidirsə, ermənilərin digər xalq və millətlərə münasibətdə bu cür amansızlıq sərgiləməsi də bir o qədər təbii və gözləniləndir. Əslində, onları sadəcə Azərbaycan xalqı üçün deyil, bütün region xalqları üçün təhlükəli edən ən başlıca amil də məhz budur.

Əsgərimizə verilən işgən­cənin səbəblərindən biri də Ermənistanın 44 günlük Vətən müharibəsindəki məğlubiyyəti heç cür həzm edə bilməməsi, dövlət və xalq olaraq uğradıq­ları bu məğlubiyyətin “əvəzini” köməksiz vəziyyətdə ələ keçir­diyi tənha Azərbaycan əsgə­rinə işgəncə verməklə çıxmağa çalışmasıdır. İrəvan 44 günlük Vətən müharibəsindəki rüsvay­çı məğlubiyyətin doğurduğu bütün qəzəb və çarəsizliyi əsir əsgərimizə qarşı püskürmək­lə təsəlli tapmağa, mənən və ruhən rahatlanmağa çalışır. Ermənistan insanlıqla bir ara­ya sığmayan bu cür vəhşiliklə özünü inandırmağa çalışır ki, guya, müharibədən sonra da mübarizə aparmağa, düşmən­dən qisas almağa qadirdir.

Bu, həm də doğma yurduna, soydaşlarımıza hədə mesajıdır

Əsir əsgərimizə verilən dəh­şətli işgəncələrin arxasında, həm də Qarabağa – işğaldan azad edilmiş tarixi Azərbaycan torpaqlarına qayıtmağa başla­yan insanlarımızı qorxutmaq, onlarda vahimə yaratmaq niy­yəti dayanır. Ermənistan hesab edir ki, azərbaycanlı əsirlərə nə qədər qorxunc işgəncə verər­sə, bu, işğaldan azad edilmiş ərazilərdə soydaşlarımızın məskunlaşmasının qarşısını almaq baxımından bir o qədər effektiv ola bilər. Buna görə də Ermənistan əsirimizə verilən işgəncələri nümayişkaranə surətdə ictimailəşdirmiş, bunu “qəzəbli erməni xalqının azər­baycanlı əsirə göstərə biləcə­yi ən humanist davranış” kimi qələmə vermişdir. 

Xatırladaq ki, Qərbi Azər­baycan İcması da işgəncə fak­tı ilə bağlı yaydığı bəyanatda məlum reallığa toxunur, er­mənilərin bunu xof yaratmaq məqsədilə gerçəkləşdirdiyini bildirir: “Vaxtilə azərbaycanlıla­rın çoxluq təşkil etdiyi və zorla qovulduğu Zəngəzur torpağı azərbaycanlıların Ermənistan tərəfindən işgəncəyə məruz qalmasına növbəti dəfə şa­hid olub. Bu amansız cinayəti təşkil edənlər xalqlar arasında nifaqı daha da dərinləşdirmə­yi və qorxu mühiti yaradaraq azərbaycanlıları oraya qayıt­maqdan çəkindirməyi hədəflə­yirlər”.

Göründüyü kimi, Ermənis­tan qorxaqlığından irəli gələn qəddarlığını “Böyük qayıdışı” əngəlləyə biləcək arqument hesab edir. Halbuki, bunun sadəcə ermənilərə olan bəşəri nifrəti artıran növbəti cinayət olduğu göz qabağındadır. Bu cinayətə görə Azərbaycanın atacağı yeganə addım isə Er­mənistanı cəzalandırmaq ola­caq.

Nil UOTSON,
britaniyalı jurnalist, politoloq

Böyük Britaniyanın vətən­daşı, beynəlxalq hüquqa ina­nan birisi və, nəhayət, huma­nist insan kimi, mən erməni əsirliyinə düşən azərbaycanlı əsgərlərə qarşı ingəncələr verilməsini qəti surətdə pislə­yirəm.

Videoada əks olunan kadrlardan aşkar göründüyü kimi, ermənilər azərbaycanlı əsirlərlə qəddarcasına rəftar ediblər. Bu, Ermənistan döv­ləti tərəfindən imzalanmış Ce­nevrə konvensiyasının, digər mühüm beynəlxalq qanunla­rın kobud surətdə pozulması deməkdir. 

Hesab edirəm ki, rəsmi İrə­vanın beynəlxalq hüququ tə­piklər altına salaraq bu cür ağır cinayət əməlləri törətməsinin və bunu özünə rəva bilməsinin əsas səbəblərindən biri odur ki, Ermənistan və onun iki böyük tərəfdaşı – İran və Rusiya sülh razılaşmasının bağanmasında maraqlı deyillər. 

Rusiya və İranda qeyri-sa­bitlik zəminində zorakılıqlar baş alıb gedir, lakin onların hər ikisini Ermənistanla Azər­baycan arasında düşmənçiliyi daha da gücləndirmək niyyəti yaxınlaşıdırır. Təəssüf ki, Er­mənistan tərəfinin hərəkətləri yaxın gələcəkdə sülh müqa­viləsinin imzalanacağına və sərhədlərin delimitasiyasının həyata keçiriləcəyinə olan kövrək ümidləri azaldır. 

Yalnız danışıqlar vasitəsilə Ermənistan ilə Azərbaycan arasında ziddiyyətlərin nizam­lanmasına nail olmaq olar. Mənim fikrimcə, bu məsələdə irəliyə doğru real addım o hal­da ola bilər ki, ya Brüsseldə, ya da ABŞ-da şəxsi marağı və qərəzi olmayan üçüncü bir tərəfin iştirakı olmadan danı­şıqlar aparılsın. 

Qəlbinin dərinliyində Pa­şinyan başa düşür ki, o, sülh razılaşmasını imzalamalıdır, amma, o, göründüyü kimi, beynəlxalq erməni diasporu­nu, eləcə də Rusiya və İra­nı sakitləşdirmək üçün bu məsələni sonsuzluğa qədər uzatmaq istəyir. 

Bununla bərabər, Paşin­yan özündə güc tapıb düzgün qərar qəbul etməli və Azərbay­canla sülh müqaviləsini imza­lamalıdır. O, ya özünü kişi kimi aparıb düzgün hürəkət etməli, ya da onu əvəz edəcək xələfi­nin sülh imzalayacağına ümid bəsləmək ümidilə istefa ver­məlidir. Bununla da, o, Ermə­nistanın daxilində və erməni diaporu arasında özünə inamı və dəstəyi qoruyub saxlamış olar. 

Seymur ƏLİYEV, “Xalq qəzeti”

Siyasət