İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb edilən daha 18 nəfər saxlanılıb

post-img

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının son bir ay ərzində həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini və satışını təşkil edən ümumilikdə 18 nəfər saxlanılıb. Onlardan 5 kiloqrama yaxın narkotik vasitə, psixotrop maddə, eləcə də elektron tərəzilər götürülüb. 

Həmin şəxslər – Tamerlan Əliyev, Nurlan Aqdamifar, Amid Nəbiyev, Orxan Axundov, Elçin Cəfərov, Ramil Məcnuni, Sultan Rzayev, Kahin Məm­mədov, Ağasəf Xurşidov, Vüsal Əzi­zov, Rəşad Aslanov, Feyruz Cavadov, Rahil Qəniyev, Əminə Səfərova, İlyas Xudadatzadə, Rövşən Abdulov, Röv­şən Vəliyev və Gülnar Ağayeva barə­sində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin bir neçəsi narko­tik vasitələri sosial şəbəkələrdə tanış olduqları müxtəlif İran vətəndaşından Bakı şəhərində satmaq məqsədilə al­dıqlarını bildiriblər.

Nərimanov rayonu ərazisində nar­kotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdi­rilir.

Son xəbərlər