Güneylilər Xudafərində mollakratiyanı vahiməyə saldılar

post-img

Səudiyyə Ərəbistanı ilə sülhə nail olan molla rejimi Azərbaycan Respublikası ilə müharibə aparmaq istəyir. Rejim “Hüseyniyyə” qrupu vasitəsilə Azərbaycana təzyiq edir. Sual verilir ki, Azərbaycan Respublikası xalqına və siyasətçilərinə qarşı törədilən terror aktlarını pislədikdə niyə bəzi İran muxalifətçiləri susur?

İran mediası və mərkəzçi siyasi təş­kilatlar indiyə qədər Ermənistanın işğalı­nı müdafiə ediblər. Onlar Azərbaycanın haqları ilə bağlı həmişə susublar və hətta yalan məlumatlar yaymağa cəhd ediblər. Baxmayaraq ki, uşaqları da qətlə yetirən molla rejimi erməni işğalı illərində və Qa­rabağın azad edilməsi əməliyyatı dövrün­də Ermənistanın yanında olub və bu gün də Azərbaycanı hədələməkdə davam edir. 

İranda xarici və daxili müxalifətin bilərəkdən susması onların Tehranın ci­nayətkar hakimiyyətinə rəğbətinin göstəri­cisidir. Burada türklərə qarşı düşmənçiliyi, saxta fars kimliyini yaradan amilləri əsas kimi göstərmək olar. Buna görə də molla­larla fars təmayüllü müxalifət arasında or­taqlıq var. Beləliklə, bütün kök fərqlilikləri ilə vahid məxrəcdə əldə olunan anlaşma, yəni, türk ölkələrinə qarşı tarixi alçaqlıqlar­dan qaynaqlanan düşmənçilik və inadkar­lıq vəhdət təşkil edir. 

Aprelin 2-də–Aprel döyüşlərinin ildö­nümü günündə Güney Azərbaycan xalqı­nın bir hissəsi Qarabağ qələbəsinin zirvə­sində Prezident İlham Əliyevin “Dostluq körpüsü” adlandırdığı Xudafərin körpü­sünün cənub ətəyinə toplaşdı. Böyüyən toplantı ənənəvi 13-cü Bədr adlı təlimə hazırlaşan İran ordusu və molla rejiminin repressiya qüvvələrinin diqqətini çəkdi. Onlar yerin geniş olmaması bəhanəsi ilə daha çox insanın toplaşmasına mane ol­dular. 

Lakin zəncirli şəxsi avtomobillər yolun kənarında dayanaraq rejim məmurlarının əmr və qadağalarına məhəl qoymayıblar. Ora toplaşanlar, təbii ki, bir neçə gün reji­min Təbrizdə Azərbaycan Konsulluğunun qarşısında aparılan təxribata cavab almaq istəyirdirlər. Onlardan biri videopaylaşı­mında deyir: “Salam əziz muxatəblər, bu videonu istərəm diqqətlə baxasınız. Ora­da gördüyünüz kimi, Güney azərbaycanlı­ların bir böyük toplum hissəsi Araz çayının Xudafərin körpüsünün ətrafına toplaşmaq istəyirlər. Ancaq körpünün yaxınlığında olan tuneldən başlayaraq, molla rejimi körpüyə yaxınlaşmağın qarşısını alır. Re­jim bəhanə gətirir ki, parkinqlərdə yer yox­dur, hal bu ki, orada olan parkinqlər tam boşdur. Bizi qoymadılar körpüyə gələk. Bayramın 13-dür. Bizi o boğazda saxladı­lar ki, orada yer yoxdur. 

Şəkildə gördüyünüz kimi, trafik ha­radan başlayıbdır və nə qədər güneyli Xudafərin körpüsünə həsrətlə yanaşmaq istəyir. Yolu bağlayıblar ki, biz vüsal və qardaşlıq körpüsünə tərəf gedə bilməyək”.

Əminik ki, molla rejimi güneyli və qu­zeyli qardaşlarımızın birliyinin qarşısını ala bilməyəcək.

 

Abdulla Əmir Haşimi CAVANŞİR,

güneyli publisist, 

İsveç

abdulla.jpg

Siyasət