Mövlud Çavuşoğlu Sergey Lavrov ilə iftarda görüşüb

post-img

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu onun dəvəti ilə Türkiyədə aprelin 6-7-də rəsmi səfərdə olan rusiyalı həmkarı Sergey Lavrov ilə Xarici İşlər Nazirliyinin rəsmi iqamətgahında iftar süfrəsi arxasında görüşüb.

AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, Sergey Lavrovu Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov müşayiət edib.
Aprelin 7-də nazir Mövlud Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrovla ikitərəfli və beynəlxalq gündəmdəki müxtəlif məsələləri müzakirə edəcəyi və onunla birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

Siyasət