Azərbaycan – Çin: səmərəli əməkdaşlıq, uyğun fəlsəfə, uğurlu nəticələr

post-img

Qlobal arenada Çinin gördüyü işlər beynəlxalq ictimaiyyət tərə­findən yüksək qiymətləndirilmə­lidir. Siz bunu qlobal miqyasda edirsiniz. Biz isə bunu daha çox regional miqyasda edirik. Ancaq bizim fəlsəfəmiz eynidir və uğur­ludur. Baxın, Çin dünyada ən çox uğur qazanmış ölkələrdəndir və dünyanın aparıcı iqtisadiyyatla­rındandır. Siz buna öz əməyiniz, xalqınızın və ölkə rəhbərliyinin müdrikliyi və nəticəyönümlü səylə­riniz sayəsində nail olmusunuz.

Azərbaycan Prezidenti İlham Əliyevin Çinin CGTN televiziya kanalına müsahibəsindən

Davos, 17 yanvar 2023-cü il

Azərbaycan – Çin dostluq və əməkdaşlıq münasibətləri haqqında yazı hazırlamaq üçün bəzi mənbələrə baxdım. Nəticədə bu fikrə gəldim ki, “Heydər Əliyev böyük siyasətçidir”, “Heydər Əliyev tarixi yaradan şəxsiy­yətlərdəndir”, “Ulu öndərimiz əlli mil­yonluq xalqımızın heç zaman unuda bilməyəcəyi lideridir”... kimi həqiqəti özündə əks etdirən ifadələrin hamı­sından əvvəl “Heydər Əliyev xoşbəxt azərbaycanlıdır” – kəlamını işlət­mək lazımdır. Çünki xalq, dövlətçilik və cəmiyyətlə bağlı olan istənilən məsələdən söz açmaq istəyəndə, ilk növbədə, məhz ulu öndərimizin xid­mətlərinin hansısa möhtəşəm faktı ilə rastlaşırıq. 

Onun istənilən addımı, sözün həqiqi mənasında, tarixi hadisə kimi qiymətləndirilməlidir. Maraqlıdır ki, bəzən onun özü də hansısa faktı məhz hadisə adlandırırdı. Məsələn, 1994-cü ilin martında Çin Xalq Respublika­sından Bakıya qayıdarkən Almatıda jurnalistlər qarşısında çıxış edən ulu öndər səfərin yekunlarını belə dəyər­ləndirmişdi: “Ümumən isə belə hesab edirəm ki, Çin Xalq Respublikasına səfərimiz böyük tarixi hadisədir. Çünki Çin ilə Azərbaycan arasında heç vaxt bu səviyyədə əlaqələr olmamışdır. Doğrudur, tarixən müəyyən əlaqələr, “Böyük İpək yolu” və s. olduğunu xatır­layırıq. İndi isə, təkrar edirəm, dövlət­lərarası sıx münasibətlərin yaranması böyük siyasi hadisədir. İlk növbədə, Azərbaycan Respublikası üçün böyük hadisədir.”

Fikrimcə, ulu öndərimiz həmin tarixi hadisədən keçən 29 il ərzində Azər­baycan – Çin münasibətlərinin nail ol­duğu yüksək səviyyəni görmüş olsaydı, mütləq bu faktı da hadisə adlandırardı. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev təkcə Çinlə deyil, bütün ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərimizi, sö­zün həqiqi mənasında, günün tələbləri, zamanın çağırışları səviyyəsinə qaldır­mışdır.

 

 Gündəlikdəki məsələ Azərbaycan– Çin dostluq və əməkdaşlıq münasibət­ləri olduğuna görə öncə bu əlaqələrin tarixçəsinə nəzər salsaq, yerinə düşər. Beləliklə, Çin Şərqi Asiya ölkələri içə­risində Azərbaycanla əlaqələrə ən çox maraq göstərən dövlətdir. Onun Azərbaycan və Xəzər hövzəsinə ma­rağı təbiidir. Ekspertlər yazırlar ki, son onilliklərdə görünməmiş sürətlə inkişaf edən Çin üçün əsas təhlükə xammal və ilk növbədə, enerji çatışmazlılğı hesab olunur. Bu baxımdan, Azərbaycan Çin üçün cəlbedici ölkələr sırasına daxildir. Bunu Bakıda da etiraf edirlər, Pekində də, dünyanın başqa ölkələrində də. Hamı bilir ki, Çin Qafqaz, Xəzər hövzə­si və Mərkəzi Asiyadakı bir sıra qlobal layihələrə, xüsusilə TRASEKA layihəsi çərçivəsində reallaşdırılan Şərq-Qərb layihəsinə böyük maraq göstərir.

Ancaq Azərbaycan bu əməkdaşlıq prosesində təkcə iqtisadi məsələlərin deyil, ölkəmizin yeganə problemi olmuş keçmiş münaqişənin həllinin də daim gündəlikdə saxlanılmasını təmin et­mişdir. Rəsmi materiallardan oxuyuruq ki, ulu öndər yuxarıda qeyd etdiyimiz səfərin ilkin yekunları ilə bağlı jurnalist­lər üçün keçirdiyi mətbuat konfransın­da nəticələrdən razılıqla bəhs etmiş, Ermənistan–Azərbaycan münaqişəsi barəsində jurnalistləri ətraflı məlumat­landıraraq, onun həll olunması üçün BMT Təhlükəsizlik Şurasının bütün daimi üzvlərinin, o cümlədən də Çinin səylərini birləşdirməyin vacibliyini vur­ğulamışdır.

Dünya liderlərinin “siyasət dahisi” adlandırdığı Heydər Əliyev sanki ölkə­mizin bugünkü siyasi mənzərəsini və iqtisadi coğrafiyasını görürmüş kimi, həmin səfər çərçivəsində Pekindən sonra Şanxay şəhərinə səfər edərək, sərbəst iqtisadi zona, Çin iqtisadi mo­deli ilə tanış olmuşdu. Bu, o zaman idi ki, Azərbaycanda hələ sərbəst iqtisa­di zonadan və ya mühüm TransXəzər nəqliyyat-logistika layihələrindən da­nışmaq belə mümkün deyildi. Heydər Əliyev müdrikliyi həmin layihələrin də həyata vəsiqə almasını münkün etdi. 

Günün reallığıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev də Cin Xalq Respublikası ilə münasibətlərin inkişaf etdirilməsini daim diqqətdə saxlayır. Baxdığımız mənbələrdə oxuyuruq ki, Prezident İlham Əliyev 2005-ci il martın 17-19-da Çin Xalq Respublikasında rəs­mi səfərdə olub. ÇXR-in Sədri Xu Szin­tao Azərbaycanın Cənubi Qafqazda li­derlik mövqeyinin möhkəmlənməsindən məmnun olduğunu bildirib. Öz növbə­sində İlham Əliyev Azərbaycanın Çinlə əlaqələrə xüsusi önəm verdiyini vurğu­layaraq, Azərbaycan rəhbərliyinin Çinin işgüzar dairələrinin ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymasına köməklik göstərəcəyini deyib.

Bundan sonra – 2008-ci il avqus­tun 7-də Azərbaycan Prezidenti İlham Əliyev Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarının açılış mərasimin­də iştirak etmək üçün Çində səfərdə olub. Dövlət başçımızın 2015-ci ilin de­kabrında Çinə rəsmi səfəri zamanı isə “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. Bu barədə 2019-cu ilin aprelində Çinin “Sinxua” agentliyinə müsahibəsində Prezident İlham Əliyev belə deyib: “Mə­nim 2015-ci ildə Çinə səfərim zamanı bir çox mühüm sənədlər imzalanmışdır. Bunların sırasında iki ölkə arasında im­zalanmış “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair An­laşma Memorandumu da var idi. Azər­baycan Çinin “Bir kəmər, bir yol” təşəb­büsünü tam dəstəkləyir. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektiv­lər var.”

Əlavə edək ki, Azərbaycanın Çinlə əməkdaşlığı siyasi və iqtisadi məzmun­larla kifayətlənmir. Ölkələrimiz arasında hərbi sahədə də əməkdaşlıq mövcud­dur. Belə ki, 2019-cu ilin yanvarında Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsəno­vun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikası Dövlət Şurası­nın üzvü, ÇXR-in Milli Müdafiə naziri, general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekinə rəsmi səfər etmiş, səfər çər­çivəsində müdafiə nazirlikləri arasın­da hərbi yardımın göstərilməsinə dair sənəd imzalanmışdır. Bununla da Azər­baycan – Çin əlaqələrində hərbi sahə­də yeni mərhələ başlanmışdır. Dövlət başçımızın 2019-cu ilin aprelində Çinə səfəri zamanı isə iki ölkə şirkətləri ara­sında ümumi dəyəri 821 milyon ABŞ dolları olan 10 sənəd imzalanmışdır.

Hazırda ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bu­nunla yanaşı, Urumçi, Luco və Şanxay­da Azərbaycanın ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkət­ləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər. Çi­nin İKT şirkətləri də ölkəmizdə uğur­la fəaliyyət göstərirlər. Azərbaycanda 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb. 

Yeri gəlmişkən, dövlət başçımız Bakı–Pekin əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə ol­duğunu dəfələrlə xatırlatmışdır. Elə bu ilin yanvarında cənab Prezidentin İs­veçrənin Davos şəhərində Çinin CGTN televiziya kanalına verdiyi müsahibədə də həmin məmnunluq ifadə olunurdu: “ Bizim çox yaxşı münasibətlərimiz var. Çin və Azərbaycan yaxşı dostlardır. Mənim Sədr Si Cinpinlə dəfələrlə gö­rüşmək imkanım olub. Sonuncu dəfə bir neçə ay bundan öncə bizim çox yaxşı görüşümüz olub... Biz keçən ilin payızında beynəlxalq tədbirlərin birində görüşdük. Bizim gələcək əməkdaşlı­ğımız haqqında çox məhsuldar mü­zakirələrimiz oldu. “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Sədr Si Cinpinlə görüşüm zamanı o məni Çinin böyük dostu adlandırdı... Bu, mənim üçün böyük şərəf idi”.

Prezident həmin müsahibədə xa­tırlatmışdır ki, əməkdaşlığımız üçün tərəfimizdən çox möhkəm platforma qurulub. 30 il ərzində davam edən si­yasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dost­lar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suve­renliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımı­zı qururuq. 

İlham Əliyevin fikrincə, bugünkü vəziyyətdə səmimi əməkdaşlıq və sə­daqətli dostluq çox mühümdür. Çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var: “Biz daha çox Çin şirkəti­ni Azərbaycanda görməyə ümid edirik. Onlardan bəziləri müxtəlif sahələrdə ar­tıq kifayət qədər fəaldır. Biz Orta Dəh­lizlə bağlı Sədr Si Cinpinin təşəbbüs­lərini tam dəstəkləyirik. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə ye­tirmişik. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq. Həmçinin biz enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edirik. İnfor­masiya texnologiyaları sektorunu təm­sil edən bir çox Çin şirkətləri Azərbay­canda uzun illərdir ki, fəaliyyət göstərir. Beləliklə, bizim həqiqətən də, çoxşaxəli münasibətlərimiz var”.

Cənab Prezidentin Çin televizi­yasına verdiyi müsahibəni nəzərdən keçirərəkən ulu öndərin 1994-cü ildə Çinə səfəri zamanı Şanxay azad iqti­sadi zonasına da getdiyi barədə faktı xatırladım. Cənab Prezident çinlı həm­karımızın bir sualını cavablandırarkən demişdir: “Biz indi Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələ­sindəyik. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcəklər. Əlbət­tə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Biz, sadəcə, müvafiq şəkildə siyasətimizi planlaşdıraraq strukturlaşdırmalıyıq və xarici investorlar üçün hətta bundan da yaxşı şərait yaratmalıyıq”. 

Fikrimizcə, Ələt Azad İqtisadi Zona­rının təməli məhz ulu öndərin Şanxaya səfəri zamanı qoyulmuşdu. 

İndi isə yazının sərlövhəsindəki “uy­ğun fəlsəfə” ifadəsinə bir daha qayıdaq. Bəli, bizim ölkələrimizin siyasətində də, əməkdaşlıq əlaqələrində də, bəşəri dəyərlərə münasibətində də məmnun­luq gətirən bir fəlsəfə uyğunluğu var. Biz bu fakta dəfələrlə şahidlik etmişik. Son dəfə isə qlobal problemə çevril­miş koronavirus pandemiyasına qarşı mübarizə prosesində bunun şahidi ol­duq. Bəzi imkanlı dövlətlər COVID-19 əleyhinə olan peyvəndləri ehtiyacından qat-qat artıq aldığı dövrdə “vaksin mil­lətçiliyi”nə qarşı çıxan ölkələrin önündə Çin Xalq Respublikası və Azərbaycan Respublikası gedirdi. Məhz elə həmin bəşəri dəyərlərin uca tutulduğuna görə həm Pekinin, həm də Bakının dostları gündən-günə çoxalır. 

Çin lideri Azərbaycan Prezidentini öz ölkəsinin böyük dostu adlandırıb. Bu isə o deməkdir ki, həmin şəxsin timsa­lında Azərbaycanın da böyük dostu var. 

Zaur MƏMMƏDOV, 
Politoloq, Azərbaycan Res­publikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası­nın müşaviri:

– “Azərbaycanın xarici siyasət konsepsiyasında balans prinsi­pi gözlənilir və dünyanın bütün dövlətləri ilə bərabər tərəfdaşlıq əsasında münasibətlərin yaradıl­ması və inkişaf etdirilməsi əsas yerlərdən birini tutur. Rəsmi Ba­kının ötən müddət ərzində həya­ta keçirdiyi siyasət də məhz bu faktı təsdiqləyir. İstər Qərb, istəsə Şərq ölkəri ilə yüksək səviyyədə əlaqələrin qurulması qarşılıqlı hör­mətə əsaslanan praqmatik xarici siyasət kursuna malik Azərbayca­nın əsas hədəflərindən biridir. Belə nümunəvi əlaqələrin qurulduğu olkələrdən biri də Çin Xalq Res­publikasıdır. 

Bu gün Azərbaycan–Çin əlaqələri yüksələn xətt üzrə inkişaf edir və əməkdaşlığın inkişafında hər iki tərəf maraqlıdır. Çin hazır­da nəinki böyük iqtisadi imkanlara malik ölkədir, o həm də siyasi təsir zonasını genişləndirən dövlət kimi tanınır. Məsələn, bu yaxınlarda Səudiyyə Ərəbistanı ilə İran ara­sında münasibətlərin normallaş­masında rəsmi Pekinin oynadığı rolu Çinin siyasi gücünün göstəri­cisi kimi qiymətləndirmək olar. 

Çin həm də BMT Təhlükəsiz­lik Şurasının beş daimi üzvündən biridir. Məlumdur ki, Fransa başda olmaqla bəzi ölkələr Ermənistan–Azərbaycan münasibətlərinə dair reallığı əks etdirməyən məsələləri Təhlükəsizlik Şurası səviyəsində müzakirəsinə və müəyyən qərarla­rın qəbul olunmasına çalışırlar. Bu baxımdan, Azərbaycan Təhlükə­sizlik Şurasının üzvü olan Çinlə münasibətlərini inkişaf etdirməkdə maraqldır.

Bundan başqa, Rusiya–Uk­rayna müharibəsindən sonra tran­zit ölkə kimi Azərbaycanın çəkisi artır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan tərəfdaşları ilə birlik­də strateji Bakı–Tbilisi–Qars dəmir yolunun istismara verilməsinə nail oldu. Eyni zamanda, Ələt Dəniz Li­manın inşası ölkəmizin tranzit po­tensialını xeyli genişləndirir. Yəni, beynəlxalq yükdaşımanı həyata keçirmək üçün zəruri infrastruktur yaradılmışdır və Azərbaycanın in­diki hadisələrə bir neçə il əvvəl ha­zır olduğunu görürük. Ötən illərin statistikası göstərir ki, “İpək yolu” üzərindən yükdaşımaları artmışdır və bu da, təbii ki, Azərbaycan–Çin münasibətlərinə müsbət təsir edir.

Düşünürəm ki, qarşıdakı illər­də də iqtisadi, siyasi, humanitar və mədəniyyət sahələrində Azərbay­can–Çin əlaqələri inkişaf edəcək və əlaqələrimiz siyasi müstəvidə yeni mərhələyə qədəm qoyacaq”.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

CHINA-331.jpg

ZAUR-M331.jpg

Siyasət