Erməni adlandırılan hayların əcdad… problemi

post-img

Bu məzmunlu qəzet materialının hazırlanmasının mənə həvalə edilməsi elə özüm üçün də maraqlı oldu. Çünki bu sətirləri hazırlayarkən hayların tarixindəki iyrəncliklər barədə söz açan bəzi elmi materialları da oxumalı oldum. Üstəlik, son iki əsrdə dünyanın müxtəlif ölkələrində, xüsusən, Osmanlı imperiyasında və Azərbaycanda insan övladına xas olmayan vəhşiliklər törətmiş ermənilərin qanındakı heç bir ölçüyə sığmayan şərəfsizliyin haradan qaynaqlandığını da öyrəndim. 

Həmin materiallara baxarkən, Xoca­lı soyqırımını törədənlərin, neçə-neçə şəhər və kəndlərimizi viranəyə çevirən­lərin, Gəncədə yatmış şəhəri raket zər­bəsinə məruz qoyanların, Azərbaycan tarixinə aid abidələri və dini inanc yerlə­rini barbarcasına darmadağın edənlərin erməni yox, məhz hay tör-töküntüləri olduğuna inandım. Çünki qədim alban etnoslarına aid olan ərmənlər bu qədər vəhşilik törədə bilməzdilər. Bunu haylar törədər və Serj Sarkisyan kimi insan qanı içməklə fəxr edərlər. 

Sanki, yazının əvvəli üçün yazdığım bu giriş özümü də darıxdırdı və hayların “mənəviyyatsızlığı” barədə alim fikrini qələmə almağa tələsdim. AMEA-nın Ta­rix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə ötən payız “Teleqraf.com”a ver­diyi müsahibədə hayların xarakteristika­sını elə məharətlə açır ki, sanki, oxucu bu vəhşi toplumun tarixini ekranda gorür. Həmin sətirləri oxuyanda sovet rejiminin Azərbaycanla Hayastanı qardaş kimi təq­dim etməklə bizi alçaltmaq məqsədini də başa düşdüm. 

Alim yazır: “Hayasa bölgəsi Anado­lunun şimal-şərqində Muradçayın yuxarı hövzəsinə yaxın ərazini əhatə edən ki­çik yer olub. Buranın yerli əhalisi haylar deyil. Haylar bu əraziyə gələnə qədər burada Kür-Araz mədəniyyətinin sakin­ləri yaşayıblar. Bunu arxeoloji dəlillər də təsdiqləyir. Həm tarixi dövr, həm də Kür-Araz mədəniyyətinin artefaktlarının tədqiqi baxımından bu mədəniyyətin əsasən Azərbaycanın elat həyat tərzi ke­çirən qədim türk boylarına aid olduğunu demək olar. Bu mədəniyyətin gəlmə olan qaraçı haylara heç bir aidiyyatı yoxdur”.

Alim deyir ki, hind-avropalıların qa­raçı qrupuna dravidlər və haylar daxildir: “Dravidlər sonradan Hindistanın cənu­bundan şimal-qərbinə doğru köç ediblər. Onların çox hissəsi sonradan hindlilərin içərisində əriyib yox olmuş, qalan hissə­si isə Şri-Lankada qalaraq tamil xalqının formalaşmasında iştirak etmişdir. Qaraçı haylar isə eramızdan əvvəl II minilliyin ortalarında Hindistanın şimalından Orta Asiya, Xəzərin şimalı, Qara dəniz yolu ilə Balkanlara köç edərək gəlib Anadolunun şimal-şərqində dağ kahalarında məskun­laşdılar. Bu yerin adı da onların gəlişin­dən sonra Hayasa adlanıb”.

Bu gün hayların Qaregin Njde, Zori Balayan, Serj Sakisyan, Kim Qardaş­yan kimi simasızlarla fəxr etməsinin sə­bəbi də məhz həmin alimin yazısından açıq-aydın görünür. Tədqiqatçı yazır ki, qaraçı hayların arasında ana-oğul, qar­daş-bacı nikahı vardı: “Onlar qeyd etdiyi­miz əraziyə gəldikdən sonra tez-tez Het dövlətinin şimal-qərb sərhədlərinə soxu­lub, əllərinə keçən hər şeyi yağmalayıb aparırdılar. Buna görə də Het hökmdarı I Suppilulum hayların quldur başçısı ilə danışıq aparmaq qərarına gəlir. Onun e.ə. XIV əsrin ortalarına aid kitabəsində bu barədə məlumat verilir. Suppilulumun öz dilindən kitabədə deyilir: “Mən öz qı­zımı sənin oğluna verirəm, amma o, öz anası və bacısı ilə evlənməsin”. Het ki­tabələrində lüt-üryan olan və qəbilə ha­lında yaşayan hayların qayalıq ərazilərdə kahalarda yaşamaları haqqında məlumat da verilib. Fərat çayının şimalında hayla­rın gizləndikləri kahalar bu günədək gəlib çatıb”.

… Mən də öz-özümə sual verirdim ki, haylar onlara bu qədər yaxşılıqlar et­miş azərbaycanlılara qarşı nə üçün bu dərəcədə xəyanət edir, nankorluq törədir, kürəyimizə namərdcəsinə bıçaq sapla­yırlar? Sən demə, onların canı, qanı belə əməllərlə yoğrulubmuş. 

Yeri gəlmişkən, görkəmli alim Firudin Cəlilov yazır ki, hər bir xalqın öz soyadı olur və öz toplumu içində bu adla tanınır, bu cür özünü adlandırmaya endoetnonim deyilir. Bəzən bu və ya digər xalqa qon­şuları da ad qoyur və bu cür kənardan adlandırma ekoetnonim adlanır. Adətən, kənar ad xalqın xasiyətinə, həyat tərzinə, yaşadığı ərazinin adına və hətta geyiminə görə verilir ki, bu da müəyyən tarixi-siyasi şəraitdən asılı olaraq, zaman-zaman də­yişə bilir. Lakin xalqın öz içindəki milli so­yadı min illərlə yaşayır, çox nadir hallarda unudulur. Etnonimika elminin bu qanun­ları erməni adına da aiddir.

“Əsl soy adları olan hay etnonimi bugünkü ermənilərin öz içində yaşadığı halda, gürcülər onlara somexi, kürdlər filə, biz də başqaları kimi erməni deyirik. Ancaq erməni etnonimi ilk dönəmlərdə bugünkü haylara deyil, tamamilə başqa dilə və mədəniyətə mənsub subar türklə­rinin ermen adlı boylarına aid olmuşdur. Haylar isə Ərməniyə ölkəsinə gələndən xeyli sonra, xüsusilə xristanlığı qəbul edəndən sonra ətraf bölgələrə yayıldıqca bu yeni ekoetnonimlə adlanmışlar. Çün­ki bəzi qonşu xalqlar, təbii olaraq, onları artıq Ərməniyə əhalisi (erməni) kimi tanı­mışlar. Haylar da həmin ərmən boylarının adını mənimsədikləri kimi, özlərinə tarix yazanda artıq onların qədim tarixini də özlərinə çıxmışlar. Ona görə də, erməni adının mənşəyindən danışarkən vacib şərtlərdən biri sonrakı psevdo-ermənilər (haylar) ilə əsl qədim ermənlərin fərqlən­dirilməsidir”. 

Alimin fikrincə, türk xalqlarının dilində “arman” toponiminin müxtəlif bölgələrə daşındığını görə bilirik. O ki qaldı, arme adına, onu da yalnız arameylərlə bağla­maq düzgün deyil. Çünki arameylər həm bu adın işləndiyi tarixdən min il sonra həmin ərazilərə gəlmişlər, həm də Arme toponimi subar-hurri boylarının məskun­laşdığı bölgənin adı kimi işlənmişdir. 

Yeri gəlmişkən, alimlər hayların ta­rixdəki əməlləri barədə iyrənc və ikrah doğuran faktlardan söz açırlarsa, dünya mətbuatı da “Hayastan” adı altında törə­dilmiş əyriliklərdən bəhs edir. Məsələn, ABŞ-ın “The National Interest” nəşrində jurnalist Aleksandr Srbinovskinin “Hayas­tan” ümumerməni fondu ilə nə baş verir?” sərlövhəli məqaləsi dərc olunub. Müəllif yazır ki, qondarma xeyriyyə təşkilatı olan “Hayastan” ümumerməni fondunun korrupsiya, cinayətkarlıq və hətta, hər­bi cinayətlərə təhrikçilikdə uzun illər əli olmuşdur. Bu fond 1992-ci ildə “Ermə­nistanın iqtisadi inkişafını dəstəkləmək” məqsədilə erməni diasporundan pul top­lanması üçün yaradılmışdı. 

Qeyd olunur ki, 1992-ci ildə fond yaradılanda ona Ermənistanın ovaxtkı prezidenti Levon Ter-Petrosyanın rə­fiqəsi və silahdaşı Manuşak Petrosyan rəhbərlik edirdi. O, fonda başçılıq etdiyi dövr ərzində yetərincə varidat toplayıb, o cümlədən, dəbdəbəli evlər, mağazalar və restoranlar şəbəkəsinə sahib olub. 2007-ci ildə isə fond Göyçə gölünün çimərliklərində “Kaputak Sevan” kurort kompleksində vindsörfinq mərkəzinin tikintisini maliyyələşdirib. Kurort Bel­la Koçaryana– sabiq prezident Robert Koçaryanın arvadına məxsusdur. Fond obyekt üçün zəruri olan avadanlığın da alınma xərclərini ödəyib.

Burada çirkli pulların yuyulması ilə bağlı faktlar ortaya çıxır. Qara bazar­da illik, təqribən, 300 milyon dollar həc­mində vergilərin ödənməsindən yayı­nan ölkələrdən biri kimi, Ermənistan və Azərbaycanın 30 il işğal altında qalan Qarabağ regionu uzun illər beynəlxalq təftiş aparılmayan hüquqi “boz zona” kimi, “Hayastan”ın qeyri-qanuni fəaliyyəti üçün sığınacaq olmuşdur.

Bu məsələ ortaya çıxanda AZƏRTAC-ın Vaşinqton bürosu çoxillik tədqiqatlara istinadən yazırdı ki, ABŞ-ın xeyriyyə təşkilatları insanları aldadıb və hətta terrorçu təşkilatlar üçün də ianə top­layıblar. Ona görə də Srbinovski məqalə­nin sonunda yazır: “Beləliklə, “Hayastan” ümumerməni fondunun vergisiz statu­sunun müxtəlif maraqlı qruplaşmalara dünyanın müxtəlif ölkələrində yaşayan insanlardan pul almağa və həmin vəsa­iti öz maraqları, hətta hərbi məqsədlər üçün istifadə etməyə və bunun nəticəsin­də hərbi cinayətlərin törədilməsinə şərait yaratdığını söyləmək olar”. 

Yəni, hay hər yerdə oğrudur, quldur­dur. Hayastan isə həmişə əyrilik, natə­mizlik, rəzalət, nankorluq timsalıdır. 

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət