Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda kitabxana işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mayıl Hilal oğlu Əhmədov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2024-cü il