Dünən Naxçıvan Sağlamlıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Milli Onkologiya Mərkəzinin əməkdaşlarının təşəbbüsü ilə pulsuz onkologiya müayinələri və əməliyyatlar həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Milli Onkologiya Mərkəzinin tanınmış həkim və mütəxəssisləri tərəfindən həyata keçirilən bu aksiya onkoloji xəstəliklərin erkən mərhələdə aşkar edilməsi və müasir tibbi üsullarla müalicəsinin təmin olunması məqsədi daşıyır.
Pulsuz müayinə və əməliyyatlar əhalinin sağlamlığının qorunması, xüsusən bədxassəli şişlərin erkən diaqnostikasına diqqət yetirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Bu tədbir, xüsusilə onkologiya sahəsində yüksək təcrübəyə və müasir texnologiyalara malik olan həkim və mütəxəssislərin birbaşa əhalinin xidmətində olması ilə fərqlənir.
XQ