“2023-cü ildə beynəlxalq reytinqlərlə iş üzrə ilin ən kreativ əməkdaşı”

post-img

 Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunan kommunikasiya görüşündə ölkəmizin ali təhsil müəssisələrinin beynəlxalq reytinqlər üzrə məsul şəxsləri iştirak ediblər. 

Azərbaycan Turizm və Menecment Universitetinin mətbuat xidmətindən bildiriblər ki, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi, universitetin beynəlxalq reytinqlərlə iş üzrə işçi komandanın koordinatoru İranə Axundova Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova tərəfindən səmərəli fəaliyyətinə görə 2023-cü ildə beynəlxalq reytinqlərlə iş üzrə “Ən kreativ əməkdaş” nominasiyasında qurumun təşəkkürnaməsi ilə təltif olunub. 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova görüş zamnı çıxışında təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsini şərtləndirən kommunikasiya görüşü çərçivəsində qlobal reytinqlərdə təmsil olunmanın əhəmiyyətindən, ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlığın vacibliyindən detallı bəhs edib. 

 

Z.HÜSEYNOVA

XQ



Səhiyyə