Astarada tibbi-elmi konfrans keçirildi

post-img

Dekabrın 23-də Astara rayonunda Ulu öndər HeydərƏliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Ekspertlərin Zirvə Görüşü: Regional Tibbi-Elmi Konfrans” öz işinə başlayıb.

Tədbirdə konfransın təşkilat komitəsinin sədri, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, TƏBİB-in İcra direktorunun müavini Araz Nəsirov, YAP İdarə Heyətinin üzvü, professor Tofiq Cahangirov, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Dr. Ülvi Mirzəyev, peşəkar invaziv kardioloq, kardio cərrah həkimlər və digər qonaqlar iştirak edib.

Konqres iştirakçıları ilk olaraq Ümummilli lider Heydər Əliyevin Astarada ucaldılmış abidəsini ziyarət edərək tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, əbədiyaşar lider Heydər Əliyevə həsr edilmiş sənədli film izlənilib. Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, tədbirin davamı bu gün - 24 dekabr tarixində “Sağlam gələcək üçün birlikdə yürüyək!” devizi altında konfrans iştirakçıları və rayon ictimaiyyətinin birgə idman yürüşü marafonu ilə Astara Dənizkənarı Park-Bulvar kompleksində həyata keçirililib.











Səhiyyə