İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu il özəl tibb müəssisələrinə 211 milyon manat ödəyib

post-img

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrində icra olunan əməliyyatların dəyəri agentlik tərəfindən həmin tibb müəssisəsinə ödənilir”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında deyib.

O qeyd edib ki, 2022-ci ildə özəl tibb müəssisələrinə 90 milyon manatdan çox vəsait ödənilmişdisə, bu il 2 dəfədən çox artaraq ödəniş 211 milyon manat (bu ilin yanvar-noyabr ayları daxil olmaqla) təşkil edib. Vətəndaşların dövlət xəstəxanalarında göstərilməsi mümkün olmayan xidməti müqaviləli tibb müəssisəsində alması təmin edilib. Bu xidmətə əlçatanlığın göstəricisidir.

Özəl klinikalarda ən çox icra olunan əməliyyat və prosedurlar isə ürək-damar və oftalmoloji əməliyyatlar, invaziv radioloji xidmətlər olub.

Səhiyyə