İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

post-img

“Azərbaycan Respublikası Konstitu­siyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında” Azərbay­can Respublikası Konstitusiya Qanunu­nun I hissəsinin 5-ci bəndinə və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2–17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsin­lər:

Həsən Şahhüseyn oğlu Cəfərov –

namizədliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən irəli sürülmüşdür;

Teymur Həşim oğlu Kərimli – namizədliyi Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən irəli sürülmüş­dür; 

Azər Hacıqulu oğlu Həsrət – namizədliyi Azərbaycan Mətbuat Şurası tərəfindən irəli sürülmüşdür.

 

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin sədri 

Bakı şəhəri, 2 may 2023-cü il

Rəsmi xronika