XÜSUSİ MODUL TİPLİ KONTEYNERLƏRİN satın alınması ilə əlaqədar şərtlər toplusunu əldə etmiş və tenderdə iştirak etmək istəyən təchizatçılar müraciət məktubunu (imzalanıb möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra satınalma predmeti üzrə uyğunluq sənədlərini, tender təklifini və tender təklifinin təminatını təqdim etməlidirlər.
Müsabiqədə iştirak etmək üçün qeyd edilən elektron poçt vasitəsilə əlaqəli şəxsə müraciət edilməlidir.
İştirak haqqının ödənilməsi üçün:
İştirak haqqı: 350 (üç yüz əlli) manat (ƏDV daxil).
Hesab nömrələri:
AZ57İBAZ38050019449345061205 (AZN);
AZ47İBAZ38150018409345061205 (USD);
AZ27IBAZ38150019789345061205 (EUR);
AZ64İBAZ38150018109345061205 (RUR).
VÖEN: 9900007721
Bank: “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “Nərimanov” filialı
Kod: 805711
VÖEN: 9900001881
Müxbir hesab: AZ03NABZ01350100000000002944
S.W.I.F.T. Code: İBAZAZ2X
İştirak haqqı müəyyən hallar istisna olmaqla geri qaytarılmır. Təchizatçıların sayının üçdən az olması səbəbindən satınalmanın ləğv edildiyi və həmin satınalma predmeti üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən iştirak haqqı geri qaytarılır. Təchizatçıların sayının üçdən az olması və ya satınalmanın maliyyələşdirilməsinin dayandırılması hallarında satınalma ləğv edildikdə satınalma planında nəzərdə tutulmuş həmin satınalma predmeti üzrə təkrar satınalma keçirildiyi təqdirdə iştirak haqqını ödəyən təchizatçıların təkrar ödəniş etmədən satınalmada iştirakı təmin edilir.
Tender təklifi və təklifin təminatının təqdim olunmasına dair tələblər:
-tender təklifi (zərflərin açıldığı gündən etibarən azı 31 oktyabr 2025-ci il tarixinə qədər qüvvədə olmalıdır);
-5 000,00 (beş min) manat məbləğində bank təminatı (bank təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);
-Təklif Azərbaycan dilində hazırlanmalıdır.
Tender təklifi və tender təklifinin bank təminatı möhürlənmiş zərfdə 12 sentyabr 2025-ci il, Bakı vaxtı ilə saat 12.00-dək Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230, “Azərbaycan Dəmir Yolları” QSC-nin Təchizat və təsərrüfat departamentinə (satınalma şöbəsi, 167 nömrəli otaq) təqdim edilməlidir.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Əlaqələndirici şəxs: Ruslan Əliyev, təchizat və təsərrüfat departamentinin satınalma şöbəsinin aparıcı mütəxəssisi.
Telefon nömrələri: +994 12 499-42-62, +994 77 322 48 34; e-mail: [email protected]
Tender təklifləri 12 sentyabr 2025-ci il, Bakı vaxtı ilə saat 15.00-da Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230 nömrəli ünvanda açılacaqdır.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: Qiymət və zəmanət müddəti.
Tender müşahidə şurasının 11 aprel 2025-ci il tarixli 1 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs və “AZCON”-un idarəetməsinə verilmiş dövlət müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslər tərəfindən məhsulların (mal, iş və xidmətlərin) vahid satınalınması qaydalarına uyğun keçirilir.
Zərflərin açılışında iştirakçıların səlahiyyətli nümayəndələri (notarial qaydasında təsdiqlənmiş sənədlə müvəkkil edilmiş şəxs) iştirak edə bilərlər.
Müraciət məktubu formasını və şərtlər toplusunu ady.az saytında “satınalmalar” bölməsindən əldə etmək olar.
Satınalma Komissiyası