“Gəncə Yol Tikini-2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 20 avqust 2025-ci il saat 16.00 –da Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda keçiriləcəkdir.
Yığıncağın gündəliyi:
1. 2024-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və təsdiqi.
Ümumi yığıncağın gündəliyinin materialları ilə, iş günləri saat 10.00-dan 17.00-dək, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda, qanunvericiliyə müvafiq qaydada müraciət etməklə tanış olmaq mümkündür.
Ümumi yığıncaq iştirakçılarının qeydiyyatı yığıncağın başlanmasına 2 (iki) saat qalmış göstərilən ünvanda aparılacaqdır. Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi, yaxud şəxsiyyəti təsdiq edən digər sənəd təqdim olunmalıdır. Səhmdarların illik ümumi yığıncağında səhmdar özü, yaxud notarius tərəfindən təsdiqlənmiş etibarnamə əsasında səlahiyyətli nümayəndə iştirak edə bilər.
“Gəncə Yol Tikini-2” ASC-nin idarə heyəti