AZƏRBAYCAN İNŞAAT VƏ MEMARLIQ ELMİ-TƏDQİQAT İNSTİTUTU
2025-ci il üçün fəlsəfə doktoru proqramı üzrə
doktoranturaya (büdcə hesabına)
QƏBUL ELAN EDİR
İxtisas: 3305.03-“İnşaat konstruksiyaları, bina və qurğular” - 1 yer
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər instituta təqdim edilməlidir:
-ərizə (institut direktorunun adına ərizə);
-kadrların şəxsi-qeydiyyat vərəqəsi;
-tərcümeyi-hal;
-2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
-iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
-çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
-ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
Sənəd qəbulu portal.edu.az vasitəsilə 2025-ci il mayın 13-dən 2 iyun saat 18.00-dək həyata keçiriləcəkdir.
Müsabiqədə iştirak etmək istəyənlər əlavə məlumatı institutun “Elmi-texniki informasiyalar və doktorantura” şöbəsindən ala bilərlər.
İnstitutun ünvanı - Bakı, Füzuli küçəsi 65.
Əlaqə telefonu - 012-596 37 60 (240).