2025-ci il iyunun 20-də saat 12.00-da cəmiyyətin səhmdarlarının növbəti illik ümumi yığıncağı “Zoom” proqramı vasitəsilə onlayn rejimdə keçiriləcəkdir. Bununla əlaqədar ümumi yığıncaqda iştirak etmək üçün sizi “Ganjlik” onlayn qrupa daxil etmək məqsədilə 2025-ci il iyunun 19-u saat 22.00-dək adınızı, soyadınızı və atanızın adını 050-398-03-13 mobil telefon nömrəsinə “Whatsapp” vasitəsilə göndərməyiniz tələb olunur.
Gündəlikdəki məsələlər:
1. 2024-cü ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə müfəttişin hesabatı.
2. Sair məsələlər.
Hörmətli səhmdarlar, 2025-ci il iyunun 20-də ümumi yığıncaqda iştirakınızı təsdiq etmək üçün saat 11.00-dək şəxsiyyətinizi təsdiqləyən sənədin surətini 050-398-03-13 nömrəli mobil telefon nömrəsinə “Whatsapp” vasitəsilə göndərməyiniz xahiş olunur və saat 11.30-dək (yəni iclasın başlanmasına 30 dəqiqə qalmış) “Zoom “ proqramı ilə keçirilən ümumi yığıncağa qoşulmaq və yığıncağın müzakirəsində iştirak etmək üçün “Whatsapp” vasitəsilə “Ganjlik” onlayn qrupa daxil olmaq və qrupun təşkilatçısı kimi “Ümumi yığıncağ”ın adından paylaşdığımız linkə daxil olmalısınız.
Ümumi yığıncağın gündəliyinin materialları ilə tanış olmaq üçün 2025-ci il iyunun 5-dən sonra cəmiyyətin direktoruna müraciət edə bilərsiniz. Bütün səhmdarların iştirakı vacibdir.
Telefon – (012) 465-84-90.
DİREKTOR