Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Аzərbаycаn Dövlət Pedaqoji Univеrsitеti qeyd olunan kafedralar üzrə vakant professor-müəllim vəzifələrini tutmaq üçün müsabiqə elan edir

post-img

– Azərbaycan tarixi kafedrası;

– Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrası;

– fəlsəfə və sosial elmlər kafedrası;

– ümumi pedaqogika kafedrası;

– xarici dillər mərkəzi (ingilis, rus və fransız dilləri üzrə);

– riyaziyyat və onun tədrisi texnologiyası kafedrası;

– kompüter elmləri kafedrası;

– cəbr və həndəsə kafedrası;

– məktəbəqədər təhsilin pedaqogikası kafedrası;

– pedaqoji psixologiya kafedrası;

– ümumi psixologiya kafedrası;

– xüsusi təhsil kafedrası;

– ibtidai təhsilin pedaqogikası kafedrası;

– riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası kafedrası;

– fizikanın tədrisi texnologiyası kafedrası;

– əməyin texnologiyası kafedrası;

– musiqi və onun tədrisi texnologiyası kafedrası;

– təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrası;

– fiziki tərbiyə və çağrışaqədər hazırlığın tədrisi texnologiyası kafedrası;

– təhsil menecmenti kafedrası;

– STEAM mərkəzi.

Müsabiqədə elmi-pedaqoji və ya istehsalat təcrübəsinə, müvafiq elmi ad və dərəcələrə malik olan şəxslər iştirak edə bilərlər. Müraciət edən namizədlərdən aşağıdakılar tələb olunur:

– kompüterdən (office proqramları – word, excel, power point, microsoft teams və s.) istifadə bacarığı;

– tədrisin onlayn formada təşkili üzrə bacarıqlar;

– azərbaycan, rus və ingilis dillərində tədris bacarığı;

– yüksək peşə-ixtisas və mənəvi keyfiyyətlər.

Sənədlər bu elan qəzеtdə və www.adpu.edu.az saytında dərc olunan gündən başlayaraq 30 gün müddətində saat 9.00-dan 17.00-a qədər ADPU-nun insan resursları və kargüzarlıq şöbəsində qəbul edilir.

Əlaqə telefonu- (012) 498-08-16

Ünvan- AZ-1000 Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 68.

E-poçt: [email protected]

www.adpu.edu.az

Rektorluq

Reklam və elan