NASA astronavtları açıq kosmosa çıxıblar

post-img

Amerikalı astronavtlar Enn Makkleyn və Nikol Ayers bəzi quraşdırma işlərini yerinə yetirmək üçün Beynəlxalq Kosmik Stansiyadan (BKS) kosmosa çıxıblar. Bu hadisə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) saytında canlı nümayiş etdirilib.

AZƏRTAC NASA-nın saytına istinadla xəbər verir ki, astronavtların açıq kosmosa çıxışı skafandrların avtonom gücə keçməsi ilə başlayıb. Belə ki, 6,5 saat davam edən iş prosesində onlar rabitə avadanlığını söküb və təmir edib, həmçinin bu ilin sonunda BKS-ə çatdırılması gözlənilən “iRosa” günəş panellərindən birinin sonradan quraşdırılması üçün orbital stansiyanın bortunda montaj işləri aparıblar.

Açıq kosmosa bu çıxış Enn Makkleyn və Nikol Ayers üçün üçüncü hadisədir.

Dünya