bp Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin operatoru kimi elan edir ki, saziş üzrə iş proqramı çərçivəsində Şahdəniz Kompressiya (ŞDK) layihəsinin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə görüş keçiriləcək.
bp bütün tərəfləri bu görüşdə iştirak etməyə dəvət edir.
Görüş aşağıdakı tarixdə və ünvanda keçiriləcək:
18 fevral 2025-ci il
10:00 - 12:00
“Hilton Baku” oteli, “Lazurit” zalı,
(Azadlıq prospekti, 1B)
Görüşdə sənəd haqqında ətraflı təqdimatlar olacaq və auditoriyanın sualları və rəyləri ətrafında müzakirə keçiriləcək. Rəylər [email protected] elektron poçt ünvanına da göndərilə bilər.
ƏMSSTQ və Qeyri-texniki Xülasə sənədlərinin layihə variantlarının nüsxələri və rəy formaları ictimaiyyətin tanış olması üçün 27 yanvar 2025-ci il tarixindən aşağıdakı ünvanlarda yerləşdirilib:
. bp-nin “Xəzər Mərkəzi” ofisinin qəbul şöbəsi, Neftçilər prospekti 153
. Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası, Xaqani küçəsi 29
. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin elmi kitabxanası, Hüseyn Cavid prospekti 31
. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası, Azadlıq prospekti 20
. Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bəhram Ağayev küçəsi 100a
. Bakı Ali Neft Məktəbinin kitabxanası, ali məktəbin kampusu, yeni Salyan şossesinin 3-cü kilometri.
Bundan əlavə, sənədlər bp-nin vebsaytından da yüklənə bilər:
Azərbaycan dilində: https://www.bp.com/az_az/azerbaijan/home/news/hesabatlar/Etraf-muhit-ve-sosial-tesirlerin-qiymetlendirilmesi-hesabatlari/shah-deniz-/Sahdeniz-kompressiya-layihesi.html
İngilis dilində: https://www.bp.com/en_az/azerbaijan/home/news/reports/environmental-and-social-documentation/shah-deniz-/Shah-Deniz-Compression-Project.html