Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası
Qərar
№ 3-27/3-7-17/2024
Bakı şəhəri 3 dekabr 2024-cü il
“Fərqlənmə nişanı”nın, “Xüsusi fərqlənmə nişanı”nın və “Fərqlənmə nişanı”nın alınması üçün ərizə”nin formalarının təsdiq edilməsi haqqında
“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının 1.25-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası
qərara alır:
1. “Fərqlənmə nişanı”nın forması” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Xüsusi fərqlənmə nişanı”nın forması” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Fərqlənmə nişanı”nın alınması üçün ərizə”nin forması” təsdiq edilsin (3 nömrəli əlavə).
4. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
5. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
Kollegiyanın sədri,
rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 3 dekabr 2024-cü il tarixli 3-27/3-7-17/2024 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1 nömrəli əlavə
“Fərqlənmə nişanı”nın forması
1. Avtobuslarla sərnişin daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün:
2. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün:
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 3 dekabr 2024-cü il tarixli 3-27/3-7-17/2024 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
2 nömrəli əlavə
“Xüsusi fərqlənmə nişanı”nın forması
1. Vergi ödəyicilərinin mülkiyyətində olan avtobuslarla öz sahibkarlıq fəaliyyətini təmin etmək məqsədilə işçilərinin daşınması üçün:
2. Vergi ödəyicilərinin mülkiyyətində olan minik avtomobilləri ilə öz sahibkarlıq fəaliyyətini təmin etmək məqsədilə işçilərinin daşınması üçün:
3. Vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz sahibkarlıq fəaliyyətini təmin etmək məqsədilə özünə məxsus yüklərin daşınması üçün:
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 3 dekabr 2024-cü il tarixli 3-27/3-7-17/2024 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
3 nömrəli əlavə
“Fərqlənmə nişanı”nın alınması üçün ərizə”nin forması
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə
Daşıyıcı:
(hüquqi şəxsin adı / fərdi sahibkarın soyadı, adı, atasının adı və FİN-i)
Ünvan:
VÖEN:
Telefon nömrəsi:
Elektron poçt ünvanı:
ƏRİZƏ
Sizdən xahiş edirəm ki, __________ şəhərində (rayonunda) ______________ markalı _________________ dövlət qeydiyyat nişanlı ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsilə sərnişin daşımalarının həyata keçirilməsi ilə əlaqədar _______(ay/rüb/yarım il/il) üçün “Fərqlənmə nişanı” verəsiniz.
Tələb olunan sənədlərin surətləri ərizəyə əlavə edilir:
1. Sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən ödəniş sənədi;
2. Məcburi dövlət sosial sığ orta haqqının ödənilməsini təsdiq edən ödəniş sənədi;
3. İcbari tibbi sığ orta haqqının ödənilməsini təsdiq edən ödəniş sənədi.
M.Y.: İmza: _____________
Tarix: _____________
Qeyd: Ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir.