7 oktyabr 2024-cü il saat 10.00-da “Gəncə Şərab–2” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Yığıncağın müzakirəsinə aşağıdakı məsələlər daxildir:
1. “Gəncə Şərab-2” ASC-də struktur dəyişiklikləri.
2. Səhmdar cəmiyyətin idarə heyətinin (icra orqanının) seçilməsi.
Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinin materiallarını və yığıncağın gündəliyinə salınan məsələlərlə bağlı təklifləri əldə etmək üçün “Gəncə Şərab–2” ASC-nin Gəncə şəhəri, Zaur İsmayılov küçəsi 86 (keçmiş Kənar küçəsi 3) nömrəli ünvana müraciət etmək olar.
Səhmdarların növbədənkənar ümumi yığıncağı Gəncə şəhəri, Zaur İsmayılov küçəsi 86 (keçmiş Kənar küçəsi 3) nömrəli ünvanda, “Gəncə Şərab–2” ASC-nin inzibati binasında keçiriləçəkdir.
Əlaqə tel– (022)-255-07-01.
İdarə heyəti