“Sumqayıt Ərzaq-73” ASC səhmdarlarının nəzərinə!

post-img

25 iyul 2024-cü il, saat 10.00-da “Sumqayıt Ərzaq-73” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Ümumi yığıncaqda aşağıdakı məsələlər müzakirə ediləcəkdir:

1. 2023-cü ilin hesabatı və maliyyə hesabatlarının təsdiq edilməsi.

2. ASC-nin bölünməsi və bölünmə şəklində yenidən təşkili.

3. ASC-nin bölünməsi nəticəsində yenidən təşkil edilən MMC-nin təsis edilməsi və nizamnamə kapitalı­nın formalaşması.

4. Bölünmə balansının təsdiq edilməsi.

5. ASC-nin bölünmüş əmlakının təhvil verilməsi qaydasının müəyyən edilməsi.

6. ASC-yə məxsus səhmlərin ləğv edilməsi və dövriyyədən çıxarılması.

7. Digər məsələlər.

Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanışlıq üçün həftənin iş günləri saat 10.00-dan 13.00-dək cəmiyyətin icra orqanının rəhbərinə müraciət edə bilərlər. 

Əlaqə nömrəsi (050) 345-57-08.

Ünvan: Sumqayıt şəhəri, 17-ci mikrorayon, bina 62.

Reklam və elan