Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu fəlsəfə doktoru hazırlığı ilə əlaqədar aşağıdakı ixtisaslar üzrə doktotanturaya (büdcə hesabına) qəbul elan edir

post-img

2426.01 - “Ekologiya (elm sahələri üzrə)” - 1 yer

3305.03 - “İnşaat konstruksiyaları, bina və qurğular” - 1 yer

6405.01 - “Şəhərsalma, yaşayış məntəqələrinin planlaşdırılması və landşaft memarlığı” - 1 yer

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün instituta aşağıdakı sənədlər təqdim edilməlidir:

- elmi müəssisənin rəhbərinin adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- iş yerindən xasiyyətnamə;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması ilə bağlı şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- xarici dil bilikləri üzrə beynəlxalq sertifikatın surəti (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG, Cambridge English Qualifications – olduğu halda).

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə 19 may 2026-cı il saat 11.00-dan 9 iyun saat 18.00-dək həyata keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyənlər əlavə məlumatı institutun “Elmi-texniki informasiyalar və doktorantura” şöbəsindən ala bilərlər.

Əlaqə telefonu: 012-496-37-60 (215).

İnstitutun ünvanı: Bakı şəhəri, Füzuli küçəsi 65.

 

Reklam və elan