Bakı və Tbilisi – qardaşlaşmış paytaxtlar

post-img

XIV Tbilisi Yerli İqtisadi İnkişaf Forumunda (Sağlam şəhər – yaşıl, ekoloji təmiz mühit, çevik və dayanıqlı şəhər inkişafı) iştirak edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iyunun 6-da Gürcüstan paytaxtının meri Kaxa Kaladze ilə görüşüblər.

Söhbət zamanı qardaşlaş­mış iki paytaxt – Bakı və Tbili­si şəhərləri arasında əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Kaxa Ka­ladze dost, qardaş ölkələrimiz və xalqlarımız arasında səmimi münasibətlərin olduğunu vur­ğulayıb. Eldar Əzizov Prezident İlham Əliyevin dost Gürcüstanla bağlı həyata keçirdiyi siyasət, işğaldan azad edilən ərazilərdə aparılan geniş bərpa-quruculuq işləri barədə məlumat verib. Vurğulanıb ki, Bakı ilə Tbilisi arasında əlaqələrin daha da in­kişaf etdirilməsi üçün yaxşı im­kanlar mövcuddur. 

Görüşdə Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə hazırladığı, 8 dildə çap olunmuş “Vətən müharibəsi tarixi – Şəx­siyyət faktoru” kitabını, Bakı haqqında nəşrləri Kaxa Kalad­zeyə təqdim edib.

XQ

Son xəbərlər