Audiovizual Şura elektron siqaret reklamını qanun pozuntusu sayır

post-img

Audiovizual Şura televiziya və ya radio kanallarında elektron siqaretlərin təbliğinin ölkə qanunvericiliyinin pozulması kimi dəyərləndirib. 

Qurumun bu barədə açıqlamasında bil­dirilir ki, son zamanlar bir sıra yayımçılara ödənişli əsasda bir məlumatın yayımlanması barədə təkliflər daxil olur. Həmin məlumatda bir sıra xarici xəbər agentliklərinə istinad­la son zamanlar daha çox amerikalı siqaret aludəçilərinin alternativ nikotin məhsulları­na keçmələri haqqında məlumatlar öz əksini tapıb. Belə informasiyalarda mütəxəssislərin daha çox insanın siqareti tərgitməsi və zərərli kimyəvi maddələrin təsiri guya az olan daha yaxşı məhsullara keçməsi tendensiyasına müsbət yanaşmaları iddia olunur.

Audiovizual Şura müvafiq media subyektlərinin sorğularına cavab olaraq və məsələnin ciddiliyini nəzərə alaraq bildirir ki, belə məlumatların televiziya və ya radio kanallarında yayımlanması “elektron siqa­ret”lərin təbliği hesab olunduğundan ölkə qa­nunvericiliyinin pozulmasıdır. Xatırladılır ki, “Tütün məmulatlarının istifadəsinin məhdud­laşdırılması haqqında” Qanununa əsasən bü­tün növ qəlyanlar və elektron siqaretlər tütün məmulatları hesab olunur. “Reklam haqqın­da” Qanunda da tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tən­bəki çubuqlarının, qəlyanların, elektron siqa­retlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır. 

Audiovizual Şura bildirir ki, qed edilən məlumatları yayan audiovizual media sub­yektinə inzibati sanksiya tətbiq ediləcək.

XQ

Son xəbərlər