“Rabitəbank” ASC –nin müşahidə şurasının 16 aprel 2024-cü il tarixli, 35 nömrəli qərarına əsasən 17 may 2024-cü il saat 17.00-da bankın səhmdarlarının növbədənkənar ümumi iclası keçiriləcəkdir.
Yığıncağın gündəliyi:
1. Yaradılması və tərkibinin dəyişdirilməsinə aid qərarvermə səlahiyyəti müşahidə şurasına həvalə edilmiş idəretmə orqanları istisna olmaqla, bankın digər idarəetmə orqanlarının tərkiblərinin və əsasnamələrinin yeni redaksiyada təsdiq edilmiş “Banklarda Korporativ İdarəetmə Standartları”nın tələblərinə uyğunlaşdırılması məqsədilə yenidən baxılması.
2. Təşkilati və cari məsələlər.
Ünvan- Bakı şəhəri, 28 may küçəsi 33.