“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı bərpa, tikinti və idarəetmə xidməti” Publik Hüquqi Şəxsi AÇIQ TENDER ELAN EDİR

post-img

“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı bərpa, tikinti və idarəetmə xidməti” Publik Hüquqi Şəxsi 

“Zəngilan rayonu, Ağalı kəndinin birinci fazasının ikinci mərhələsi və ağalı kəndinin ikinci fazasının yenidənqurulması layihəsi çərçivəsində tikinti işlərinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR 

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba kö­çürdükdən sonra Azərbaycan dilində tərtib olun­muş əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsi 56 nömrəli ünvanda yerləşən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin sa­tınalma şöbəsindən əldə edə bilərlər.

Əlaqələndirici şəxs – Satınalmalar şöbəsi­nin baş məsləhətçisi – Zaur İbrahimov.

E-mail: [email protected]

Tel: + 994512078998.

Tenderdə iştirak haqqı 1500,00 ( bir min beş yüz manat) manatdır. 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat - “Şərqi Zəngəzur İqtisadi Rayo­nunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xid­məti” Publik Hüquqi Şəxs

VÖEN – 5200287501

BANK – “KAPİTAL BANK” ASC-nin 28 May filialı

Kod – 200123

VÖEN – 9900003611 

M/h – AZ37NABZ01350100000000001944 

H/h – AZ31AIIB380300D9447648156112

S.W.İ.F.T. – AIIBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

• Tenderdə iştirak etmək üçün ərizə.

• İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.

• Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü ərzində qüvvədə olmalıdır).

• Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

• Tender iştirakçısının tam adı, nizamnamə­si (hüquqi şəxslər üçün) və qeydiyyatdan keçdi­yi rekvizitləri.

• Malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barə­də konkret subpodratçının adı göstərilməklə məlumatlar (əlavə №19).

• Malgöndərənin (podratçının) son bir ildə­ki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış. (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ər­zində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi halla­rının mövcud olmaması barədə arayış. (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• İddiaçının satınalma müqaviləsini bağla­maq səlahiyyətinin olması (şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir).

• Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış. (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış. (tender elanından sonrakı tarixdə alın­mış sənəd təqdim edilməlidir).

• Satınalma prosedurlarının başlanmasın­dan əvvəlki 5 il ərzində özlərinin, habelə işlə­rini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məh­kum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qay­dasında qadağan edilməməsi barədə arayış. (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Müvafiq sahibkarlıq fəaliyyəti növünün hə­yata keçirilməsi və ya müəyyən hərəkətlərin ye­rinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı.

• Malgöndərənin (podratçının) son bir ildə­ki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (vergi orqanının rəsmi blankında və ya elektron sənə­din notarial qaydada təsdiqlənmiş surəti təqdim edilməlidir).

• Kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları.

• Baş podratçı kimi son 3 il (2020-ci il yan­varın 1-dən 2022-ci il dekabrın 31-dək ) ərzində ümumi məbləği 50 (əlli) milyon manatdan az ol­mayan, müraciət edənin hissəsi isə ən azı 25 (iyirmi beş) milyon olan (müraciət edən müqa­viləni birgə müəssisənin üzvü kimi icra etmiş­dirsə) və oxşar işi əhatə edən (oxşarlıq: layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnologiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) ən azı 3 (üç) sifarişi qənaətbəxş şəkildə icra etməsi haqqında məlumat və istismara qəbul və icazə aktları təqdim edilməlidir;

• Son üç il (2020-ci il yanvar 1–dən 2022-ci il dekabrın 31-dək) ərzində tikinti-quraşdırma işləri üzrə ən azı 50 (əlli) milyon manat dövriyyə tələb olunur, həmçinin TMV-nin 1.6-cı bəndində tələb olunan digər tələblər

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank tə­minatı istisna olmaqla) 12 fevral 2024-cü il saat 16.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 20 fevral 2024-cü il saat 16.00-a qədər Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsi 56 nömrəli ünvanda yer­ləşən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin sa­tınalma şöbəsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 

Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsi 56 nömrə­li ünvanda yerləşən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətində 21 fevral 2024-cü il saat 16.00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayən­dələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

Reklam və elan